"Bu model Rusiyanın qırıcılar parkında ən qabaqcılı hesab edilir..."
Rusiya İrana ən azı bir ədəd ən yeni "Su-35" qırıcı təyyarəsi verib.
Moderator.az xəbər verir ki, bu barədə " The New York Times" nəşri məlumat yayıb.
Jurnalistlər bu nəticəyə peyk şəkillərinin təhlili əsasənda gəlib.

Onlar "ABŞ hökumət müəssisələrindən birinin" sabiq analitiki Kris Biqqersin fikrinə istinad edir.
O, məlumat verir ki, İranın "Oryol-44" aviabazasının peyk şəkillərini öyrənərkən, əvvəllər İran Hərbi-Hava Qüvvələrinin silahlanmasında olmayan iki qırıcı təyyarəni identifikasiya edə bilib. Onlardan biri "Su-35"-dir.
"The New Yorl Times" bu modeli Rusiyanın qırıcılar parkında ən qabaqcılı hesab edir.
"Bu, müasir hərbi təyyarədir. İndiyədək İranın belə təyyarəsi olmayıb", - Amerika nəşrinin müxbirləri qeyd edib.
Ötən ilin sentyabr ayında İran məmurları ilk dəfə olaraq açıq şəkildə bu model təyyarələrin alışı barədə bəyan edib. Rusiya bu sövdələşməni rəsmən təsdiq etməyib.
"The New York Times" əlavə edir ki, bu partiya təyyarələrin tədarükü bu ilin sonuna başa çatacaq.