“Deyəsən, Paşinyan başını tam itirib...-Özgə ərazisindəki “sülhməramlı”lardan danışır...”

“Azərbaycan özü bilər, bunun üçün hansısa tədbir görər, yaxud görməz. Hazırda Azərbaycanın siyasi mövqeyi Türkiyəni də, Rusiyanı da qane edir...”
 
Xəbər verildiyi kimi, Ermənistan baş naziri N. Paşinyan Rusiya Federasiyasına Qarabağda yerləşdirdiyi sülhməramlı missiya üçün mandat almaqdan ötrü  BMT Təhlükəsizlik Şurasına müraciət etməyi təklif edib.
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları deyib:
 
“Deyəsən, Paşinyan başını tam itirib… Başa düşmürəm, əvvəla,  Rusiya “sülhməramlı”larına mandat verilib-verilməməsinin Paşinyana nə dəxli var. Rusiya kontingenti Azərbaycan ərazisindədir və başqa bir ölkə başçısının bizim əraziyə aid fikirlər söyləməsi, yaxud hansısa təkliflər verməsi hansı məntiqə uyğundur.  İkincisi də Ermənistan baş naziri həmişə demir ki, Qarabağ Azərbaycan ərazisidir, onun bizə dəxli yoxdur.  Bəs indi niyə “sülhməramlı”ların mandatından danışır?”
 
“Bəlkə Paşinyan o baxımdan deyir ki, “sülhməramlı” konrtingent Qarabağa Ermənistanın da imzaladığı 10 noyabr üçtərəfli bəyanatı əsasında gəlib?” sualını politoloq belə cavablandırıb:
 
“Üçtərəfli bəyanatı Azərbaycan, Rusiya və Ermənistan imzalasa da, “sülhməramlı” kontingent faktiki olaraq Azərbaycan, Türkiyə və Rusiyanın razılaşmasıyla Qarabağa daxil olublar.  İkincisi də həmin bəyanatda yalnız Qarabağa deyil, Ermənistan ərazisinə, yəni Zəngəzur dəhlizinin açılmasına aid məsələlər də var. Və təəssüf ki, Ermənistan bununla bağlı bəndləri yerinə yetirmir, üstəlik, öz qoşunlarını bizim ərazimizdən tam şəkildə çıxarmayıb. Əvəzində Paşinyan Azərbaycan ərazisindəki “sülhməramlı”ların mandatından dəm vurur. Konkret “sülhməramlı”lara mandatına gəldikdə bunu Azərbaycan özü bilər, bunun üçün hansısa tədbir görər, yaxud görməz. Hazırda Azərbaycanın siyasi mövqeyi Türkiyəni də, Rusiyanı da qane edir. “Sülhməramlılar”ı müvəqqəti olaraq bəzi məsələlərin həlli üçün dəvət etmişik. Artıq vaxtlarına bir şey qalmayıb, 2 ildən bir az çox müddətdə çıxıb getməlidirlər...” 
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Makron tezliklə vəzifəsini tərk edəcək - Trampdan ANONS

Makron tezliklə vəzifəsini tərk edəcək - Trampdan ANONS

Baksol yolundakı yanğın yerinə polislər CƏLB OLUNUB - VİDEO

Baksol yolundakı yanğın yerinə polislər CƏLB OLUNUB - VİDEO

Alena Əliyeva Milli Xalça Muzeyində SƏRGİDƏ - FOTO

Alena Əliyeva Milli Xalça Muzeyində SƏRGİDƏ - FOTO

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

End of content

No more pages to load

RADİO