“Ağıllı saatlar” ("Smart watch") ürək döyüntülərini, bədən temperaturunu və başqa fiziki hərəkətləri təyin edir. Bu texnologiya artıq koronavirus simptomlarını da təyin etməkdə də insanlara yardımçı olacaq.
Bizim.Media "CBS" saytına istinadən xəbər verir ki, "Apple", "Garmin", "Fitbit" və digər “ağıllı saatlar” koronavirus simptomlarını təyin edəcək.
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən "Mount Sinai Health System"in və Kaliforniyadakı "Stanford University" təhsil ocağının araşdırmasına görə, bu "Smart watch"lar virus haqqında öncədən məlumat verəcək və yayılmanın qarşısının alınmasında böyük rol oynayacaq.
Araşdırmalar göstərir ki, bu saatların ürək ölçüsünü ölçən xüsusiyyəti döyünmə ritminə görə immunitet sisteminin pozulmasını təyin etməkdir. Bu da virus daşıyıcısı olduğumuza bir işarədir.
Vüqar Ağamalıoğlu, Bizim.Media