Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 infeksiyasının mənşəyinin araşdırmaq üçün Çinə gediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ÜST ekspertləri araşdırmalardan əvvəl Çində epidemiya əleyhinə proseduradan keçməlidirlər.
Bura hava limanında və sonrakı günlərdə bir neçə dəfə burun-boğaz yaxma testinin, qan analizlərinin verilməsi, ən əsası isə xüsusi karantin yerlərində 14 günlük məcburi özünütəcrid dövrünü keçməkdir.
On nəfərdən ibarət heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək.
Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.
Bizim.Media