Azərbaycanda COVID-19-a qarşı iki RBD və bir kokteyl əsaslı peyvənd hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov bildirib.
"Bu peyvəndlər "Delta" və "Omikron" variantlarına qarşı çox effektivdir. Gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı olacaq".
T.Məmmədov əlavə edib ki, vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandıracaqlar.
Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.
Bizim.Media