Koronavirus vaksinini tapmaqla dünya əhalisini ümidləndirən türkiyəli professor, “BioNTech”in icraçı direktoru Uğur Şahin sarsıcıdıcı xəbər alıb.
Bizim.Media xəbər verir ki, bu haqda o, Almaniyanın “Deutsche Welle” televiziyasına verdiyi müsahibəsində bildirib.
Jurnalistin “Niyə bu vaksin sizə vurulmaycaq?” sualını Şahin belə cavablandırıb:
“Almaniya qanunlarına görə ixtiraçının özünə vaksinin vurulmasına icazə verilmir. Vaksin ilk növbədə riskli qrupa daxil olan insanlara vurulmalıdır”.
Professor virusa qarşı bu vaksinin təsir göstərəcəyinə inandığını bildirib.
Vüqar Ağamalıoğlu, Bizim.Media