“Həkim, mənim silahımı qaytarın döyüşə qayıdacam!” - Cəbhədən Gələn Həkim

Mən Azərbaycan Əsgərinə qibtə edirəm. Qarabağ torpağına ayağı dəyib, nəfəsi toxunan hər bir soydaşıma isə həsəd aparıram. 

Birdə mən QARABAĞIN illərlə düyün düşmüş taleyini əzmi, qeyrəti, vətənpərvər ruhu və qol gücü ilə geri alan oğullarının qəhrəmanlıq söhbtlərinə qulaq asmğa o qədər səbirsizlənirəm ki...
Hər biri sağlığına qovuşsun, Bizim.Media olaraq vətən sevdalıları ilə mütləq həmsöhbət olacağıq. 

Hələlik isə ön cəbhədənən yenicə gələn Ağız və üz çənə cərrahı, loğman Hüseynzadə Hüseynlə söhbətimizə göz şahidi olun.

- Necə oldu ki, cəbhəyə yollandınız?

- 27 sentyabrda II Qarabağ müharibəsinin ilk günlərində “whatsapp” üzərində hərbi həkim dəstək qrupu yaratdıq. Təəsüflər olsun ki, “whatsapp”- a 250 nəfərdən artıq kontakt əlavə etmək mümkün deyil. Olsa idi daha çox həkimləri əlavə edərdik. Biz cəbhənin qaynar nöqtələrində olan hospitallarla əlaqə saxladıq. Tibbdə lazım olan bütün ləvazimatları, isti geyimləri, hər bir ehtiyacı təşkil edib aparırdıq.

Gəncədə 3 hospital var idi. Bu hospitalı da külli miqdarda dərman, yanıq əleyhinə olan mazlar digər pereparatlarla təmin edirdik. Oktyabrın 10-dan bizim könüllü həkimlərimiz Naftalan, Ağcabədi, Füzuli istiqamətlərinə səfərbər oldular. Bu istiqamətdə döyüşlər səngiyəndən sonra Füzuli istiqamətinə yol aldıq. O müddətdə ehtiyaclar azaldıqca yenidən tibbi ləvazimatlar təşkil edirdik. Bakıda və Füzulidə  tibbi anbarlar yaratdıq. Anbar lazımi əlil arabaları, kastelləri, digər tibbi ehtiyaclarla təmin olundu. Tibbi ləvazimatlara ehtiyac olduqda mütamadi olaraq cəbhəyani ərazilərə göndərilirdi.



- Həkim kimi müharibə ilə ilk təmasınız çətin deyildi ki? 

-Tibbi ləvazimat, dərman, həkim baxımdan heç bir çətinliyimiz yox idi. Sadəcə təhlükəli idi. Raketlər, bomblar başımızın üstünə ələnirdi. Özümüzə görə yox, əsgərlərimizə görə narahat idik. Bizim xəstəxana döyüş xəttindən sonra ilk hospital idi. Böyük və çətin əməliyyatlar bizim klinikada keçirilirdi. Özüm də daxil olmaqla həkimlərimiz inzibati işlərlə də məşğul olurdu.

Yaralıları qeydiyyata alırdıq, onları yaralarına görə çeşidləyirdik. Bildiyiniz kimi mən stomatoloq, üz-çənə cərrahıyam. Dağılmış, güllə, yarası olan üzləri əməliyyatın mən edirdim. Mən ömrümdə bu qədər xəstə görməmişdim. Elə olurdu ki, xəstələrə ilkin yardımı dəhlizdə edirdik ki, vaxt itkisinə yol verməyək. Təsəvvür edin ki, Cəbrayılda hərbi səhra çadırları yaradılmışdı. Orada dünyanın ən müasir əməliyyatları olunurdu. Hərbi tibb tam fərqlidir, biz burada əsgərin həyatını xilas etməliyik. Az zərərlə əsgəri tez sağaltmalıyıq ki, yenidən döyüşə qayıda bilsinlər.

Əməliyyat olunan yaralılar arasında həyatını itirənlər demək olar ki, heç olmadı. Dünyasını dəyişənlər şəhid olanlar idi. Bir də yaralandığı ərazidən həkimə çatdırılana kimi qan itirib dünyasın dəyişənlər oldu. Bizə ön cəbhədən xəbər verirdilər ki, ağır xəstə var. Bütün həkim heyəti həmin xəstəni elə qapının ağzındaca kömək göstərməyə başlayırdıq ki, vaxt itikisi olmasın. Deyirdilər ki, bu yaralı həyatını itirdi. Amma biz yenə də əsgər qardaşımıza kömək edirdik. Son ana qədər mübarizəni aparırdıq. Ürəyinə müxtəlif masajlar edirdik. O xəstəni həyata qaytaranda biz bir evin çırağını yandırmış olurduq.

Mən sizə bir hadisəni də danışım. Elə biliblər ki, əsgər şəhid olub. Onu morqa təhvil veriblər. Ekspertiza həkimləri aşkar edib ki, əsgər ölməyib. Biz həmin yaralının ürəyinə saatlarla müxtəlif prosedurlar edib, morqdan gələn əsgəri həyata qaytarmışıq!

- Ən çox xəstə cəbhənin hansı istiqamətindən gəlirdi?

- Naftalan, Ağcabədi, Gəncədən çox yaralı qəbul etdik. Müharibənin ortalarında bu istiqamətdə yaralı sayı azaldı. Sonra əsas Füzilidən yaralı gəlməyə başladı.



- Kömək üçün xarici mütəxəssislər cəlb olunmuşdu?

- Hamısı azərbaycanlı həkimlər idi. Könüllü olaraq Türkiyədən gələnlərdə azərbaycanlılar idi. TƏBİB də həkim birqadası göndərmişdi. Rayonlardan gənc həkimlər tibb bacıları könüllü olaraq köməyə gəlmişdilər. Raket, güllələr başımızın üstünə yağırdı. Amma heç kim bir addım da geri çəkilmirdi. Hamı gələn xəstələri müalicə edib sağaltmaq fikri ilə yaşayırdı.

- Vətən müharibəsində gözünüzün önündən getməyən kadr var?

- Hə, var! Masallıdan olan sağ qolunu itirmiş əsgər qardaşımızı və onun dedikləri heç vaxt unudulası deyil. Özü deyirdi ki, axşam üstü  siqaret çəkməyə çölə çıxıb. Bir də görüb ki, üstünə alov parçası gəlir. Kənara çəkiləndə  baxıb ki, nə siqareti var, nə də ki, əli! Minamyot mərmisi onun qolun aparmışdı. O insan əməliyyatın şokunda olduğu üçün itirdiyi orqanını dərk etmirdi. Çənəsində olan yaraları mən əməliyyat etdim. Deyirdi ki, həkim, mənim əlim getdi. Həkim mən atama nə deyəcəm? Bir də onu danışırdı ki, bəs həkim təzə maşın almışam. Mən maşını bir əllə necə sürəcəm?

Xatırladıqca qəhərlənir, göz yaşları onu susmağa məcbur  edir. Özünü toparlayıb söhbətə davam edir.

- Onun çənəsində sınığı var idi. Mən onu əməliyyat etdim. Onu o qədər əzizləyirdik ki. Gedib- gəlib öpürdük, qucaqlayırdıq. Hamı onun kəsilən əlindən öpürdü... Deyirdik ki,sən bizim QƏHRƏMANIMIZSAN! İtkilərimizi, yaralı qazilərimizi görəndə bir anlıqda olsa məyus olursan. Lakin  yaralı əsgərin, komandirin ruhunun döyüş üçün çırpındığını görəndə bilirsən ki, sən də dayanmalı deyilsən. Əlindən nə gəlirsə onu etməlisən.



- Müharibə sizə nə öyrətdi?

Birlik öyrətdi. Mən gördüm ki, birimiz vətənin çınqılı, birimiz qaya parçası, digərmiz daşı olmaqla VƏTƏNDAŞ anlayşını yarada bildik. Müharibənin pis tərəfi odur ki, itkilərimiz oldu. Yaxşı tərəfi isə QARABAĞ bizə qayıtdı. Bu müharibədə onu öyrəndim ki, biz millət olaraq çox mehriban və lazım olanda yumruq kimi birləşə bilirik. Fəxr etdim ki, bu millətin vətəndaşıyam!  45 günlük müharibə mənim ömrümə qızıl hərflərlə  yazıldı.

Söhbət əsasında Hüseyn həkimdən onu da öyərnirik ki, Gəncə terror hadisəsinin qurbanı olan uşaqların şəklini ATU-nin çənə-üz cərrahı kafedrasının əməkdaşı Oktay Mehdiyev çəkib. O hadisə zamanı hamının başı yaralıları sağaltmağa qarışmış idi. Oktay həkimin çəkdiyi şəkillər sayəsində dünya erməni vəhşiliyini bir daha gördü.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

FHN əhaliyə MÜRACİƏT ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs SAXLANILDI

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs SAXLANILDI

2026-cı ilin sonuna qədər ev və maşın alacaq 5 BÜRC

2026-cı ilin sonuna qədər ev və maşın alacaq 5 BÜRC

Alena Əliyeva Kerol Förmenin sərgisindən paylaşım etdi - FOTO

Alena Əliyeva Kerol Förmenin sərgisindən paylaşım etdi - FOTO

Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”

Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”

Qanda şəkərin azalması üçün nə içmək lazımdır? - Alimlər bu çayı tövsiyə edir

Qanda şəkərin azalması üçün nə içmək lazımdır? - Alimlər bu çayı tövsiyə edir

Gizlicə yayılan XƏRÇƏNG NÖVÜ - Qadınlar hansı riskləri daşıyır?

Gizlicə yayılan XƏRÇƏNG NÖVÜ - Qadınlar hansı riskləri daşıyır?

AYNA 5 min sürücü hazırlayacaq - FOTO

AYNA 5 min sürücü hazırlayacaq - FOTO

Naxçıvan‑Bakı avtobus reysində YÜK PROBLEMLƏRİ - Niyə salona yığılır? – VİDEO

Naxçıvan‑Bakı avtobus reysində YÜK PROBLEMLƏRİ - Niyə salona yığılır? – VİDEO

End of content

No more pages to load

RADİO