“Koronavirus müalicəsində bəzi həkimlər bu səhvə yol verir”

Evdə müalicə alan Covid xəstələrinin qızdırması qalxan kimi insanlar təşvişə düşür. Özbaşlarına sistem qoşurlar. Həkimdən də yaxşı antibiotik yazmasını xahiş edirlər, o yazmayanda da təyinata bəzən özbaşına əlavələr edirlər.

Qonşunun məsləhəti ilə... Xüsusən bahalı geniş spektrli antibiotikləri həkimə demədən xəstənin müalicəsinə qoşmağa meyillidilər. Təəssüf ki, bəzi həkimlər özləri də bu səhvə gedir.

Bizim.Media bildirir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Koronavirus xəstələrinin səhv müalicəsindən danışan həkim bildirib ki, antibiotiklər bu xəstəliyi sağalda bilməz:

"Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdırsa o qədər də kömək edəcək. Bu kobud səhvdir. Biləsiniz ki, qoşduğunuz o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəksiz ki, qızdırma yenə qalxır.

Onda başa düşəcəksiniz ki, Şahin doktor düz deyirmiş, boş yerə pulumuz getdi. Çünki qızdırmanı verən bakteriya deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Boş yerə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir.

Əgər antibiotik qoşulacaqsa, bunun başlanma vaxtını, növünü, dozasını həkimlər qərar verir. Mən özüm ilk həftədə heç kimə antibiotik yazmıram.

Yüngül keçirənlərə heç yazmıram. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə də ilk həftədə yazmıram. Çünki ilk həftədə bakterial superinfeksiyanın əmələ gəlmə ehtimalı demək olar ki, sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə bilər, elektrolit disbalansına görə xəstə ağırlaşar" (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

End of content

No more pages to load

RADİO