Böyük Britaniyadan olan ekspert-nutrisioloq Liberti Mills kərəviz şirəsini qanda xolesterinin miqdarının və arterial təzyiqin tənzimlənməsinə kömək edən yaşlanma əleyhinə içki adlandırıb.
Bizim.Media xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yüksək qan təzyiqi və xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır.
Xolesterin düyünlərinin və kalsiumun toplanması səbəbindən damarlar bərkiyir və sıxılır, iltihaba məruz qalır ki, bu zaman qanı ötürmək ürək üçün getdikcə çətinləşir. Kərəviz şirəsi A, B, C və K vitaminləri üçün yaxşı mənbədir.
Mütəxəssis hesab edir ki, fitokimyəvi maddələrin və antioksidantların birləşməsindən əmələ gələn şirə iltihabı əhəmiyyətli şəkildə azaldır.
Millsin sözlərinə görə, kərəvizin tərkibində olan yüksək miqdarda kumarinlər - orqanizmdə stres hormonlarının miqdarını azaltmaq qabiliyyətinə malik birləşmələr yüksək qan təzyiqinin aşağı salınmasına öz təsirini göstərir.
Kərəvizdən istifadə steroidli turşuların və öd kisəsi sekresiyasının təsirini gücləndirir, nəticədə xolesterinin miqdarı aşağı düşür.
Bizim.Media