Hansı çayın HANSI FAYDASI var? - SİYAHI

Gündəlik insanın qida rasionunun demək olar ki, əsas hissəsini çay təşkil edir.

Azərbaycanlılarda isə çay içmək adəti hələ qədim zamanlardan formalaşıb. 

Dünyada qara və yaşıl çaydan başqa yüzlərlə çay növləri var. Bunların bəziləri gündəlik bir çox xalqların rasionuna daxil edilsə də, bəzi növləri xüsusi millətlərə xasdır.

Bizim.Media bu gün dünyada populyar olan çayların bir neçəsinin faydalarını təqdim edir.

Yaşıl çay

Yaşıl çay quru çayın ən xeyirli növlərdən biridir desək heç də yanılmarıq. Dünyada  yaşıl çayın əsas iki istehsal texnologiyası var. Bu Yapon və Çin istehsal texnologiyasına əsasında hazırlanan çaydır. Yaşıl çayın tərkibində bir çox xeyirli minerallarI, fosfor, yod, kalsium və bir sıra vitaminlər var. Tərkibindəki antioksidant maddələri xərçəng xəstəliyinin yaranmasının qarşısını alır. Bu çay artıq piylərdən qorunmaq üçün də ən gözəl vasitədir. Bundan başqa orqanizmi təmizləyir, mikrobları öldürür və radiasiyadan qoruyur. Yaşıl çayın özəlliklərindən biri də beyin hüceyrələrini aktivləşdirməsidir.

Nanəli çay

Nanəli çayın ən önəьli xüsusiyyətlərindən biri sakitləşdirici efektidir. Bundan başqa bu çay köp əleyhinə də istifadə olunur. Nanəli çay ürəkbulanmanı aradan qaldırır və nəfəs almanı stabilləşdirir.

Ulun çayı

Çində bir çox əsrlər ərzində yeməkdə istifadə olunan ulun çayı döş xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır. Bundan başqa o artıq piyləri əridir və maddələr mübadiləsini gücləndirir.

Matça çayı

Matça çayının vətəni Yaponiyadır və tərcüməsi  "unlu çay" mənasını verir.

Matça çayı yüksək antioksidan tərkibi ilə məşhurdur. Çay yaddaş və sümük gücünü qorumağa, qan təzyiqi və xolesterol səviyyələrini tənzimləməyə, xərçəng riskini azaltmağa və immuniteti gücləndirməyə kömək edir. Çay xüsüsilə qarın ətrafındakı piylərdən qurtulmağa kömək edir.

Ağ çay

Ağ çay artıq çəkidən qurtulmaq üçün ən faydalı vasitədir. Bundan başqa çay yaddaşı möhkəmləndir, yorğunluğu aradan qaldırır, ürəyin rəyin sağlamlığını qoruyur. Çayın cinsi sağlamlıq baxımından da çox xeyri var. Bundan başqa o dəri sağlamlığı üçün çox təsirli bir bitkidir. Eyni zamanda qan təzyiqini normallaşdırır və xolesterolu azaldır. Diş sağlamlığı üçün də çox təsirlidir.

Çobanyastığı çayı

Çobanyastığı çayı xoş qoxusu ilə sinir sistemini yaxşılaşdırır və istifadə edən şəxsi stresdən uzaq saxlayır. Bundan başqa çay baş ağrılarına da kömək edir və yuxunu normallaşdırır. O bağırsaqları təmizləyir və həyacanı yox edir.

Hibiskus çayı

Tərkibində askorbin turşusu olan Hibiskus çayı soyuqdəymədən qoruyur və virusları öldürür, yüksək təzyiqi normallaşdırır. Böyrəklər, qaraciyər və bütün mədə-bağırsaq traktı üçün hibiskus çox faydalıdır. Eyni zamanda qəbizliyi aradan qaldırır və orqanizmi təmizləyir.

Masala çayı 

Masala çayı Tibet, Nepal, Hindistan, Pakistan sakinlərinin ənənəvi içkisidir. Onu süddən, qara çaydan və ədviyyatlardan hazırlayırlar. Bu çayın faydaları saymaqla bitməz. Əsasən də soyuq havalarda orqanizmi isidir, qanı təmizləyir, əsəb sistemini normallaşdırır. 

Qara çay 

Bu ənənvi çayın da özünə xas faydaları var. Qara çay əsasən baş ağrısını və həyəcanı aradan qaldırır. Şəkər xəstələrinə, infeksiyalara qarşı təsirlidir.

Dişin çürüməsinin qarşısını alır. Qusma, ishal və böyrək daşına qarşı təsirlidir. Qara çay ürək üçün də faydalı hesab edilir. Qara çayyumurtalıq xərçənginə yaxşı təsir edir. Həmçinin mədə, ağciyər və döş xərçəngi hüceyrələrinin inkişafının dayanmasını təmin edir.

Zəncəfil çayı

Zəncəfil çox asanlıqla orqanizmdə artıq piyləri əridir və həzmi yaxşılaşdırır. Soyuqdəyməni müalicə edir. Bundan başqa o immun sistemini yüksəldir, boğaz ağrılarını aradan götürür. Qan dövranını sürətləndirir, həddindən çox tərləməyin qarşısını alır. Bu möcüzəvi çay beyin hüceyrələrini də qoruyur. Eyni zamanda menstruasiya ağrılarını da effektiv dərəcədə azaldır.

Vüsalə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

End of content

No more pages to load

RADİO