Azərbaycanda koronavirusla bağlı XƏBƏRDARLIQ - Virusun yeni mutasiyası yarana bilər

"Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində həyata keçirilən vaksinasiya prosesi davam edir. İstehsal olunan bir çox vaksinlərin əldə olunması da virusla mübarizədə uğurlu strategiyalardan biridir. Amma hazırda müşahidə olunan yoluxma saylarının artımı paralel olaraq peyvəndləmənin də sürətinin artırılmasına zərurət yaradır. Əks halda yeni təhlükə meydana çıxa bilər".

Bizim.Media xəbər verir ki, bu fikirləri «Report»a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, təhlükə bundan ibarətdir ki, ölkədə "İmmunescape" mutasiya mexanizmi ilə yarana biləcək növbəti virus mutasiyası peyvəndə qarşı immun ola bilər:

"Yəni peyvəndlər virusa təsir etməyə bilər və ya çox az təsir edə bilər. Əgər virusa yoluxmaların sayı paralel olaraq peyvəndləmə ilə birgə kəskin artarsa, bu, gözləniləndir. Ona görə də düşünürəm ki, peyvəndləmənin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri də yüksələn xəttlə davam etməlidir. Cəmiyyətdə vaksinasiya ilə bağlı maarifləndirici və məlumatlandırıcı mexanizm təkmilləşdirilməlidir.

Yanlış mexanizmlər nəticəsində insanlar arasında virusa qarşı peyvənd olunmağa inamsızlıq yaranırsa, bununla bağlı tədbirlər görülməlidir.

İnsanlara izah olunmalıdır ki, virusun geniş yayılmasının qarşısının alınmasına və ölüm hallarının sayının azaldılmasına peyvənd vasitəsilə daha effektiv nail olmaq mümkündür. Vaksinasiya və virusa qarşı qızıl qaydalara əməl etmək virusla mübarizənin ən əsas mərhələlərindəndir. Ona görə də əhali bu proseslərdə daha da fəal olmalıdır ki, normal həyata qayıtmaq daha da tezləşsin".

N.Abdullayev bildirib ki, peyvəndlərin mövcudluğu insanlarda rahatlıq yaratmamalı və tətbiq edilən karantin qaydalarına riayət olunmaması anlamına gəlməməlidir:

"Hər kəs qaydalara riayət etməli, tibbi maskadan istifadə etməli, sosial məsafəni gözləməli, istər qapalı, istərsə də açıq havada insanların toplaşdığı məkanlardan uzaq durmalıdır. Çünki qaydalara riayət olunmaması və nəticədə də yoluxma hallarının peyvəndləmə ilə paralel artması virusun yeni mutasiyalarının yaranmasına səbəb ola bilər ki, bu da nəinki Azərbaycanda, eləcə də bütün dünyada belədir.

Bir daha vurğulayıram ki, bundan daha da təhlükəli bu yeni əmələ gələcək mutasiyalara qarşı hazırki peyvəndlərin təsirsiz və ya az təsirli ola bilməsidir. Buna görə də hər kəs, həm müvafiq dövlət qurumları, həm də millətimiz bilməlidir ki, peyvəndləmənin sürəti artırılmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

End of content

No more pages to load

RADİO