Yodu daxilə qəbul etmək olar?

Yod insan orqanizmi üçün ən vacib elementlərdən sayılır. O, qalxanabənzər vəzin əmələ gətirdiyi tiroksin hormonunun tərkibinə daxildir. Orqanizmdə yod çatışmadıqda maddələr mübadiləsi pozulur, uşaqlarda boy artımı və psixi inkişaf ləngiyir.

Əgər alınan qida maddələrinin və suyun tərkibində yod elementi çatışmırsa, o zaman kənardan əlavə yod preparatı qəbul olunmalıdır. Bu preparatların qəbul müddəti və dozası endokrinoloq tərəfindən müəyyən edilir.

Lakin bəzən elə olur ki, insanlar apteklərdə satılan və xaricə tətbiq etmək üçün nəzərdə tutulan yol məhlulunu daxilə qəbul edərək bədənin yoda olan tələbatının bu cür ödəniləcəyini düşünürlər.

Bəs əslində yod məhlulunun oral yolla qəbulu işə yarayırmı?

Bizim.Media xəbər verir ki, medicina.az suala aydınlıq gətirməyə çalışıb.

Yod elementi birləşmələr şəklində bir çox heyvanların və bitkilərin tərkibində rast gəlinir. Hər bir yetkin insanın orqanizmində 25 mqr yod mövcuddur. Onun 8 mqr-a qədəri qalxanabənzər vəzdə, qalan hissəsi isə qanın tərkibində olur.

Qalxanabənzər vəzin ifraz etdiyi hormonun tərkibində bədəndə olan yodun 90%-i cəmlənir. Bu ferment bir sıra daxili orqanların normal işləməsini təmin edir.

Yod çatışmadıqda qalxanabənzər vəz tiroksin hormonunu kifayət qədər sintez edə bilmir.

Bu zaman zob adlandırılan xəstəlik meydana çıxır. Yodun əsas mənbəyi bütün dəniz məhsulları hesab olunur. Lakin termik işləmə zamanı yod parçalanır və bədən ehtiyacı olduğu qədər yod elementi ala bilmir.

Yodun ən yaxşı qəbul vasitələrindən biri də yodlaşdırılmış duzdur.

Amma heç bir halda apteklərdə satılan yod məhlulunu daxilə qəbul etmək olmaz. Çünki 3 qr yod kristalının və ya 30 ml yod məhlulunun birdəfəlik qəbulu insanın ölməsinə səbəb ola bilər.

Yod tərkibli Lüqol preparatı ilə bağlı sual yaranarsa, onun da cavabı var. Belə ki, tərkibində yod olan və boğaz silmək üçün nəzərdə tutulan Lüqol məhlulu 1 hissə suyun 17 hissə kalium yodid ilə qarışığından ibarətdir.

Yəni Lüqolun tərkibindəki yod məhlulu apteklərdə satılan yodun 17 dəfə zəiflədilmiş formasıdır.

Bu məhlul yalnız stomatit, frontit, angina kimi xəstəliklərin müalicəsində tətbiq edilir. Boğazı silərkən udulduğu üçün həddən artıq istifadə etmək məsləhət deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

End of content

No more pages to load

RADİO