Azərbaycanda uşaqlar arasında qızılcaya yoluxma ARTIB – TƏBİB  

“Hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 

Bildirilib ki, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir.
Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.

Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər.

Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir.

Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. 

Qeyd olunub ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir. Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır. 

Qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

End of content

No more pages to load

RADİO