Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 261713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 238125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 20021 nəfərdir.
Bizim.Media