TƏBİB-in yaratdığı ÖLÜM bürokratiyası – ŞİKAYƏT

Doğmasını itirən üçün ölüm haqqında tibbi şəhadətnaməni almaq Azərbaycanda müşkülə çevrilib. Bu sənədin tərtibi və təqdim edilməsi proseduru həddindən artıq qəlizləşdirilib. 

Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ən azı 5 tibbi instansiyadan keçmək lazım gəlir. Hansı ki, bu, vətəndaşlar üçün kifayət qədər vaxt itkisi deməkdir. Hələ şəhadətnamənin tərtibi üçün vətəndaşı saatlarla növbələrdə gözlədəndən sonra hansısa xırda sənədin gətirilməsi üçün bir neçə tibb müəssinə göndərdiklərini, müəyyən meyarlar uyğun gəlmədikdə isə təkrar sənəd tələb etmələrini demirik. Bir sözlə ölüsünün öldüyünü təsdiqləmək çətinliyi insanın sinirlərini əməlli-başlı tarima çəkir...

TƏBİB-in qoyduğu anormal qayda...

Belə bir anormal prosedurla bu günlərdə atasını itirən Sumqayıt sakini qarşılaşıb. Bizim.Media-ya müraciət edən vətəndaş atasının “ölüm kağızı”nı ala bilməsi üçün 6 ayrı-ayrı tibb müəssisəsinə yönləndirilib.

Hansı ki, həmin tibb müəssisələri də ötür-ötür oyunu oynayaraq vətəndaşı get-gələ salıblar.

Prosedurun lazımsız yerə mürəkkəbləşdirildiyindən gileylənən vətəndaş sistemsizlikdən və TƏBİB-in qoyduğu anormal qaydadan şikayətlənib:

“Atam 5 gün əvvəl evdə insultdan dünyasını dəyişib. Ölüm faktı və səbəbi hadisə yerinə çağırılan TƏBİB-in təcili yardım həkimləri tərəfindən təsdiqlənib. Mənə bildirildi ki, ölüm haqqında şəhadətnamə üçün əvvəlcə Sumqayıt Tibb Mərkəzinə yaxınlaşmalıyam. Orada akt və müəyyən məlumatlar əsasında arayış hazırlandı. 

Həmin arayışla 13-cü mikrorayonda yerləşən 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə göndərildim. Atamın qeydiyyat kitabçası yoxlandı və mənə bildirildi ki, atamın bu tibb müəssisəsinə hər hansı şikayətlə bağlı müraciəti olmadığı üçün şəhadətnamə verə bilməzlər. 
Oradan 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinə göndərildim. Mərkəzdə əməlli başlı biabırçılıq yaşandı. Əvvəlcə sənədləşdirmənin aparılması üçün mənə 12 vərəqli dəftər aldırdılar. Bu azmış kimi xeyli sayda tibb personalının çalışdığı mərkəzdə cəmi 1 kompüter olduğu üçün onun boşalmasını gözləməli oldum. 

Sənədlər elektronlaşdırıldıqdan sonra TƏBİB-ə onlayn müraciət göndərildi. Hansı ki, TƏBİB müraciəti incələyib, təsdiqləyəndən sonra həmin cavab  4 nömrəli şəhər polinklinikasına göndəriləcək. Oradan isə Forma AZS-106 alıb ASAN Xidmətə təqdim etməliyəm ki, ölüm haqqında şəhadətnamə ala bilim. Hələki TƏBİB-in onlayn müraciəti təsdiqləməsini gözləyirəm”.

Özlərinin təsdiqlədikləri ölüm səbəbinə inanmırlar? 

Vətəndaşın sözlərinə görə TƏBİB-in “ölüm kağızı” ilə bağlı bu cür bürokratik əngəl yaratması anlaşılan deyil: 

“Təsəvvür edin ki, çalışan vətəndaşlar üçün bu prosedur nə qədər çətin və əlavə vaxt itkisidir. Yaxınını itirmiş, mənəvi cəhətdən çökmüş birinin bir parça kağız alması üçün 6 instansiya gəzməsinə nə ehtiyac var? Vətəndaşları niyə bu qədər incidirlər? Onsuz da mərhumun ölüm anı və səbəbi təcili tibb yardım vasitəsilə təsdiqlənib. Bəs, TƏBİB daha nəyi təsdiqləyir?”, - deyə şikayətçi etiraz edib. 

Vətəndaşın işini yüngülləşdirəcək addımlar atılmalıdır

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa hesab edir ki, vətəndaşa sıxıntı verən proseslərin qarşısının alınması zəruridir:

“Bu məsələlər daha dəqiq və müəyyən informasiya almaq, eləcə də ölüm aktının təsdiqlənməsi üçün zəruri olur. Çünki sonradan bu məsələlərlə bağlı məhkəməyə müraciətlər olur. Çox güman ki, bunu sığortalamaq üçün belə bir prosedur qoyublar. Amma fikrimcə, prosedur asanlaşmalıdır və vətəndaşın işini yüngülləşdirəcək addımlar atmaq barədə düşünülməlidir”. 

Xatırladaq ki, Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.

Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalıdır. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir.

Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir.

Ölümün başvermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərqanə Qasımovadan qızının toyunda qadağa

Fərqanə Qasımovadan qızının toyunda qadağa

Prezident Ağdərə sakinləri ilə görüşü ilə bağlı paylaşım etdi – VİDEO

Prezident Ağdərə sakinləri ilə görüşü ilə bağlı paylaşım etdi – VİDEO

“Traxtur”un keçmiş futbolçusu etirazlarda öldürüldü – FOTO

“Traxtur”un keçmiş futbolçusu etirazlarda öldürüldü – FOTO

Xaçmazda zəncirvari qəza – XƏSARƏT ALAN VAR

Xaçmazda zəncirvari qəza – XƏSARƏT ALAN VAR

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – VİDEO

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – VİDEO

100 il əvvəlki planın YENİ MƏRHƏLƏSİ – Pəhləviləri iqtidara kim, necə gətirmişdi?

100 il əvvəlki planın YENİ MƏRHƏLƏSİ – Pəhləviləri iqtidara kim, necə gətirmişdi?

Qonşu ölkəni şaxta vurdu - Məktəblər bağlandı

Qonşu ölkəni şaxta vurdu - Məktəblər bağlandı

Xırdalanda bir-birinə yapışan evlər - Xaotik vəziyyət - VİDEO

Xırdalanda bir-birinə yapışan evlər - Xaotik vəziyyət - VİDEO

Bakıda böyük söküntü başlayır - 1600-dən çox ev və tikili söküləcək

Bakıda böyük söküntü başlayır - 1600-dən çox ev və tikili söküləcək

Rubiodan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Rubiodan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlin ən xoşbəxt bürcləri - Bəxtləri açıldı

İlin ən xoşbəxt bürcləri - Bəxtləri açıldı

Zəngəzur dəhlizi ilə bağlı imzalanan sənədin TAM MƏTNİ

Zəngəzur dəhlizi ilə bağlı imzalanan sənədin TAM MƏTNİ

İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır

İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

Müştərilərdən “əlaltı” pul ALANLAR - Gözəllik salonlarında ƏDV-nin geri alınmasına başlanılıb?

Müştərilərdən “əlaltı” pul ALANLAR - Gözəllik salonlarında ƏDV-nin geri alınmasına başlanılıb?

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI – VİDEO

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI – VİDEO

Tovuzda 2 yük maşını toqquşdu - Sürücülər xəstəxanalıq oldu

Tovuzda 2 yük maşını toqquşdu - Sürücülər xəstəxanalıq oldu

BİZİM TƏQVİM:14 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 yanvarda baş vermiş tarixi hadisələr

Hakan Çalhanoğlu sıradan çıxdı

Hakan Çalhanoğlu sıradan çıxdı

Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

End of content

No more pages to load

RADİO