Həkimdən valideynlərə TÖVSİYƏ – “Məktəblilərə peyvənd vurulmalıdır”

“Sentyabr ayında dərslərin başlaması ilə məktəblilərə, xüsusilə birinci sinif şagirdlərinə valideynlərin daha çox diqqət və qayğı göstərməsi ehtiyacı artır. Yeni mühit, fərqli insanlarla tanış olan birincilər, istirahət aylarından sonra dərslərin davamına başlayanlar bəzən stresli hallarla, narahatlıqlarla üzləşir. Bu kimi halların yaranmaması, azyaşlıların daha gümrah və sağlam böyümələri üçün valideynlərin üzərinə böyük öhdəlik düşür”.

Bizim.Media xəbər verir ki bu barədə Kliniki Tibbi Mərkəzin həkim-nevroloqu Aydan Sultanova sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ


Həkim qeyd edir ki, bəzi hallarda valideynlər mühitin, həyat tərzinin, gündəlik tələblərin və davranışların dəyişməsinin uşaqlar üçün stressli ola biləcəyindən xəbərsizdirlər: 

“Stress - ətraf mühitin dəyişməsinə uyğunlaşa bilmək üçün orqanizmin verdiyi təbii reaksiyadır. Məktəb dövrünün başlaması ilə məktəblilərdə davranış pozulması, görmənin zəifləməsi, tez yorulma, nevroz, mütəmadi təkrarlanan respirator xəstəliklər kimi halların artmasını müşahidə etmək olar. Bu səbəbdən valideynlər tərəfindən uşaqların gündəlik rejiminə diqqətin artırılması və qeyd edəcəyim tövsiyələrə əməl etmələri məsləhətdir: gecə yuxusu 9-10 saat olmalıdır. Ușaqların vaxtında yatıb və hər gün eyni saatda oyanmalarına diqqət etmək lazımdır. Belə rejimə keçidin məktəb dövründən 1-2 ay öncə başladılması məqsədəuyğundur”.

Həkimin sözlərinə görə, gündəlik olaraq açıq havada gəzintilərə təxminən 1.5-2 saat vaxt ayrılmalıdır və fiziki fəaliyyətlə istirahət vaxtları növbələşdirilməlidir: 

“Onların sağlamlığının, xüsusən də mədə-bağırsaq traktının normal fəaliyyətinin qorunması üçün sağlam və balanslaşdırılmış qidalanma çox vacibdir. Qida rasionunda isti yeməklərə, ət, meyvə-tərəvəzə üstünlük verilməlidir. Qazlı içkilər, çipslər və çox miqdarda şəkərdən uzaq durmaq tövsiyə olunur. Əgər uşaqda hər hansı bir məhsula allergik reaksiya mövcuddursa, bu barədə məktəbdə çalışan tibb işçisinə əvvəlcədən məlumat verilməlidir”.

Həkim, uşaqların peyvənd təqviminə uyğun olaraq lazımı peyvəndlərin vurulmasının vacibliyini də diqqətə çatdırır:

“Duruşun pozulmasının və mümkün bel ağrılarının profilaktikası üçün düzgün məktəb çantası və ayaqqabı seçilməlidir. Kompüter, telefon, planșet və televizora baxma müddətini gün ərzində, əsasən yatmazdan əvvəl 1 saatla məhdudlaşdırmaq məsləhətdir. Bundan əlavə, uşaqların sağlamlığının valideynlərin emosional vəziyyətindən asılı olduğunu unutmamaq lazımdır. 

Onların valideynlərin diqqətinə, qayğısına və dəstəyinə ehtiyacları var. Mümkün olduqca onlarla daha çox vaxt keçirmək, aldıqları aşağı qiymətlərə görə danlamamaq və hər zaman onları dinləmək, çətinliklərinə dəstək olmaq lazımdır. Validenlər uşaqları ilə birlikdə xoşbəxt anlar keçirdikdə onların çiçəklənəcəklərinin şahidi olacaqlar”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

End of content

No more pages to load

RADİO