Nazirlikdən siqaret çəkənlərə XƏBƏRDARLIQ: "Xərçəng riskini artırır" 

Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib. 

Onun sözlərinə görə, tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır: 

"Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır.
Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur. 

Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər. 

Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir.

Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur". 

Həkim deyib ki, tibdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Bu, heç də zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin.
Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin göstərilməsi tələb olunur: 

"Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə - ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş verir, lakin açıq havada da baş verə bilər. Üçüncülü tütünçəkmə - tütünçəkməni qutarandan sonra otaqda uzun müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr məkandakı əşyaların müxtəlif səthlərində qala bilər. 

Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan. 

Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemlər yaşanılır. Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur". 

Həkim qeyd edib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır.

Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır: 

• İlk 20 dəq ərzində qan təzyiqi normallaşır; 

• 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır; 

• 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir; 

• 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir; 

• 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır; 

• 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır; 

• 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

End of content

No more pages to load

RADİO