Bizim.Media-nın dərman içlikləri ilə bağlı qaldırdığı problemə Səhiyyə Nazirliyindən REAKSİYA

Xəbər verdiyimiz kimi, “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Bununla bağlı bir neçə gün öncə Milli Məclisdə müzakirələr aparılıb. 

Müzakirələrdə diqqət çəkən məqamlardan biri də dərman içliklərinin əcnəbi dildə olması məsələsidir. 

Bununla bağlı Bizim.Media araşdırma aparıb. Araşdırmaların nəticəsi olaraq, iyunun 21-də saytımızda “Dərman içliklərinin əcnəbi dildə olmasında kimlər maraqlıdır? –AÇIQLAMA” başlıqlı yazı dərc olunub. 

Məqalə dərc olunduqdan sonra Səhiyyə Nazirliyi mövzu ilə bağlı açıqlama yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dərman içliklərinin əcnəbi dildə olmasında kimlər maraqlıdır? – AÇIQLAMA


Çox təəssüf ki, açıqlamada Nazirlik yenə də istehlakçıların yox, idxalçı şirkətlərin hüquqlarını müdafiə edib. Və bildirilib ki, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır:

"Bu baxımdan, "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir.

Qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. 
Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək. Və alıcı dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək". 

Qanuna edilən dəyişiklik və Nazirliyin bu məsələdə mövqeyi bir qədər subyektivdir. Çünki, bütün dünyada qəbul edilmiş bir aforizm var: 

“Müştəri hər zaman haqlıdır”

Lakin, Səhiyyə Nazirliyi deyir ki, müştəri yox, idxalçı şirkət haqlıdır. Və idxalçı şirkətin “qayğısını” azaltmaq üçün Nazirlik dövləti ziyana salmağı belə gözə alır. Çünki, içliklərin Azərbaycan dilinə çevrilməsini və natorial qaydada təsdiqini Səhiyyə Nazirliyinin müvafiq qurumları həyata keçirəcək. 

Müvafiq qurum da bunun üçün Dövlət Büdcəsindən əlavə vəsait istəyəcək. Baxmayaraq ki, istehsalçının borcudur ki, alıcı ölkənin dilində içlik hazırlasın. Amma bunun üçün sifarişçi şirkət cüzi də olsa əlavə xərcə düşməlidir. Məhz bu xərcdən yayınmaq üçün idxalçı şirkətlər günahı istehsalçının üzərinə atırlar.

Mövzu ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov Səhiyyə Nazirliyinin mövqeyi ilə qətiyyən razılaşmır:

“Bu məntiqsiz bir yanaşmadır. Əvvəla ona görə ki, bu problem Gürcüstanda və Ermənistanda 15 il qabaq öz həllini tapıb. Bizdə isə müxtəlif bəhanələrlə problemin həlli yubadılır. 
İçliyin hansı dildə hazırlanmasının istesalçı üçün elə bir əhəmiyyəti yoxdur. Çünki, sifarişçi şirkət 1-2 qutu yox, minlərlə qutu dərman sifariş edir. Bu isə milyonlarla vəsait deməkdir. Heç bir ağıllı istehsalçı da xırda bir şeyə  görə belə sifarişdən imtina etməz. 

Mənim zənnimcə, burda iki məsələ var. Ya idxalçı şirkət tərcümə üçün əlavə vəsait ödəmək istəmir, ya da ki, dərmanlar birbaşa istehsalçıdan tədarük edilmir mənşəyi bəlli olmayan yerlərdən alınıb gətirilir. Ona görə də idxalçı şirkətlər içlik məsələsindən yayınırlar”.

Eyyub Hüseynov yeni qaydaların icrasının ciddi problemlər yaradacağını bildirib:

“Əvvəla bu apteklərdə uzun növbələrə səbəb olacaq. Çünki, alıcı indiki vaxtda bir dərmanı almaq üçün 5 dəqiqə vaxt itirirdisə, içlik almaq üçün ən azı daha 10 dəqiqəsini itirməlidir. Bu da həm əlavə vaxt itkisi, həm də stress deməkdir. Bundan başqa hazırda heç də bütün apteklərdə 24 saat internet yoxdur. İnternet olmadıqda aptek işçisi Səhiyyə Nazirliyinin portalına necə daxil olacaq?!”

Müsahibimiz onu da əlavə edib ki, yeni qaydalar xəstə ilə əczaçıları üz-üzə qoyacaq:

“Xəstə dərman qutusunu açmayana qədər bilməyəcək ki, içlik hansı dildədir. Buna görə də ilk növbədə dərmanın qutusu açılmalıdır. Açılmış qutunu isə satıcı geri qaytarmayacaq. Bu da bir problemdir.

Bu əhalini sadə aptek satıcıları ilə üz-üzə qoymaqdır. Bu problemin çözülməsi yox, problemi yola verməkdir. Bir sözlə Nazirliyinin yeni qanunvericilik təşəbbüsü çox primitiv və korporativ maraqlara hesablanmış bir addımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

End of content

No more pages to load

RADİO