Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 878 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 579 nəfər müalicə olunaraq sağalıb, hazırda 19 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 857, bu günə qədər isə ümumilikdə 7 630 905 test icra olunub.
Bizim.Media