Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229442 nəfəri müalicə olunaraq sağalıb, 3235-i vəfat edib. Aktiv xəstə sayı 3335 nəfərdir.
Bizim.Media