Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Ümumilikdə indiyədək 235333 nəfər koronavirusa yoluxub. Onlardan 229143 nəfər müalicə olunaraq sağalıb, 3230-u isə vəfat edib. Aktiv xəstə sayı 2960 nəfərdir.
Bizim.Media