Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225-i isə vəfat edib. Aktiv xəstə sayı 2 807 nəfərdir.
Bizim.Media