Ürəyin hədsiz döyüntülərinin səbəbi və ÇARƏSİ

Ürəyiniz döyünürsə, yaxşıdır, döyünməsə neynərdiz?

Həkimlər ürək döyüntüsündən şikayət edənlərə çox zaman zarafatla belə deyirlər. 

Ürəyin bir dəqiqə ərzindəki döyüntülərinin sayı nəbz adlanır. Nəbz yaş, bədən çəkisi, fiziki quruluş, cins kimi bir sıra amillərdən asılı olaraq dəyişir.

Ürək döyüntülərinin sayının 90-dan yuxarı qalxması taxikardiya adlanır, Taxi-sürətli, kor – ürək deməkdir.

Ürək döyüntülərinin sayının artması xəstəlik olmasa da, bir çox xəstəliklər zamanı baş verən əlamətdir.

Taxikardiya fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Patoloji taxikardiya əsasən ürək-damar sistemi xəstəliklərində müşahidə edilir.

Fizioloji taxikardiya zamanı ürək-damar sistemində xəstəlik müşahidə edilmir, xarici mühit amillərinin təsiri nəticəsində yaranır və ürək döyüntülərinin artmasına səbəb olan amil aradan qalxdıqdan sonra nəbz normallaşır.

Ürək döyünməsinin artmasına səbəb olan amillər

- Stress və gərginlik;

- Tərkibində alkoqol, kofein olan “enerji” və digər içkilərin qəbulu;

- Bədən hərarətinin artması - temperatur 1 dərəcə yüksələndə nəbz 10 vurğu artır;

- Azhərəkətli həyat tərzi və ya həddən artıq fiziki yüklənmə, siqaret çəkmə;

- Həddən artıq tərləmə;

- Hormonal və arıqlamaq üçün istifadə edilən iştahakəsici preparatların qəbulu;

Taxikardiya zamanı xalq təbabəti vasitələri. RESEPTLƏR

- 10 baş sarımsaq sürtgəcdən keçirilir, üzərinə 10 ədəd limonun şirəsi və 1 kq bal əlavə edilir, 1 həftə şüşə qabda qaranlıq yerdə saxlanılır. Qarışıq qurtarana qədər fasilə vermədən gündə bir dəfə səhər acqarına 2 xörək qaşığı qəbul edilir.

- Emallı qazana 1 stəkan su tökülüb qaynadılır və üzərinə 1 çay qaşığı xoruzgülü əlavə edilir, 3 dəqiqə qaynadılır, 20 dəqiqə dəmlənilir, süzülür, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

- 2 filtr-bağlama Teakard çayı 1/2 stəkan qaynar suda dəmlənir, otaq temperaturunda soyudulur, gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı damotu bitkisi üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzülür. Üzərinə bir neçə damcı istiotlu nanə efiri və 1 çay qaşığı bal əlavə edilir, qurtumla içilir. Müalicə kursu 1 ay davam edir.

- Hərəsindən yarım xörək qaşığı itburnu və yemişan meyvələri, damotu otu və yaşıl çay qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənir. Alınan dəmləmə gün ərzində çay üçün dəm kimi istifadə edilir.

- 2 filtr-bağlama Sedativ çay 1/2 stəkan qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.

- Eyni miqdarda xəşəmbül, yonca, ayıqulağı yarpağı və çobanyastığı çiçəkləri qarışdırılır. Qarışıqdan 1 xörək qaşı üzərinə 1 stəkan qaynar su əlavə edilir, 20 dəqiqə dəmlənir, soyudulur, süzülür, gün ərzində qəbul edilir.

- Lavanda, evkalipt, kəklikotu, bədrənc, istiotlu nanə, adaçayı, şam, muskat qozu, mixək və cirə efir yağlarının hərəsindən 10 damcı götürülür, tünd rəngli şüşə qabda qarışdırılır. Qarışıqdan 3 damcı cib dəsmalına damızdırılır, tutmalar zamanı dəsmal buruna yaxınlaşdırılaraq nəfəs alınır. Nəfəsvermə müddəti nəfəsalmadan 3 dəfə az olmalıdır.

- Sünbül bağlamamış vələmir yaşıl halda yığılır, yuyulur, ətçəkən maşından keçirilərək tənzif parçadan süzülür. Gündə 3 dəfə 0,5 stəkan qəbul edilir.

- 1 stəkan kasnı çiçəkləri üzərinə 2 stəkan su əlavə edilir, 2 həftə dəmlənir, süzülür. 15-20 damcı 30 ml su ilə qarışdırılaraq qəbul edilir. Müalicə kursu 1 aydır.

- Hərəsindən 250 qram kişmiş, ərik qurusu, qara gavalı qurusu, qoz ləpəsi və 1 ədəd qabığı ilə bir yerdə çəkilmiş limon qarışdırılır, üzərinə 300 ml duru bal əlavə edilir. Gündə 3 dəfə 1 xörək qaşığı acqarına qəbul edilir.

Məsləhətlər

- Nikotin və alkoqol, əlavə təsir göstərən preparat qəbulu tam dayandırılır; tünd dəmlənmiş çay, qəhvə, yağlı, duzlu, acı qidaların və şirniyyatların istifadəsi məhdudlaşdırılır, az və kiçik porsiyalarla qida qəbul edilir.

- Gün ərzində minimum 1-2 saat gəzmək və düzgün nəfəs üçün gimnastik hərəkətlər etmək, kişmiş, ərik qurusu, bal, meyvə, giləmeyvələr və lifli qidaların qəbulu artırmaq məsləhət görülür.
(Mənbə Herba Flora jurnalı)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

End of content

No more pages to load

RADİO