Tərs düşdü niyə Tanrıdan yolumuz bizim?



Moderator.az özünəməxsus şeirləriylə insanın sarı siminə toxunan şairi-publisist Nurəddin İsmayılın yenicə nəzmə düzülmüş düşüncələrini oxuculara ərməğan edir:


Dostlar, gəlin, qayıdaq bir anlığa

ruhumuzun məsum zamanına,

Qayıdaq, hələ ümidlərin

qırılmadığı,

şərin boynumuza ilan tək

bu qədər sarılmadığı,

bizə xəyalların

şirin dadını yaşadan

əhdimizin ilkin gümanına.

Gəlin, ataq ürəklərdən

kinin-küdurətin,

bir-birinə yad olmağın daşını,

Silək biganəliyin

beyinlərdə kökün salan

kor yaddaşını.

Gəlin, uymayaq bu dünyanın

kef üstünə kef gətirən

şeytan üzlü matahına,

Bilin, dostlar,

çəkəcək bir gün nəfsimiz bizi,

o dünyanın əzab dolu

imtahanına.

 

Dostlar, bəs deyilmi,

sökdük, parçaladıq,

quyruğundan uzun dünyanı,

De, kim çəkəcək,

içində qərar tutduğumuz

Allah evi-nazın dünyanın?

Bilirəm, sənin bu dünyadan

payın çox,

mənim payım az olacaq,

Sənə səbət yükü dünyanın malı,

mənə bir çimdik duz,

ağız islatmağa

səhranın qanqalı qalacaq.

Axı, nə fərqi var,

sənin baban varlı, karlı kişi,

Mənim babam

ağzı dualı, etibarlı kişi.

Örüşləri yer üzündə

sürü-sürü qoyunlar otlayan

bizlər idik bir zamanlar,

Sizlərsiniz indi villalardan

həqarətlə  bizə boylananlar.

Bir sığala ələ gələn,

şöhrət atın

məngirləyib minən dəmkeş sən,

Çöllərinin şəhid qanlı

lalələr bitirdiyi qəmkeş mən.

Var dövlət nadanlıq tacıyla

sənin başında,

Qeyrət çoxlarını qocaltdı

mənim uşaq yaşımda...

 

Dostlar, Tanrıdan gələr

insanın hər qisməti,

Ulu Tanrım səxavətini

bir kimsədən kəsmədi.

Yer üzündə “Artın, çoxalın”,

dedi, Tanrım,

“Qübbəm altda, kərpicləri şərəfdən,

ləyaqət damını ucaldın”

dedi, Tanrım.

Tərs düşdü niyə Tanrıdan

yolumuz bizim?

Niyə kəsildi bədəndən

qolumuz bizim?

Niyə qapısını bağladıq

haqqın üzümüzə?

Niyə təkəbbür satdıq hər gün

özümüz-özümüzə?

 

Dostum, sənin dəmin,

mənim qəmim,

nə verdi ki, quru yurda,

Olsun bu dünyadan payımız

lap dünyanın özü boyda.

Sən dəmdə, mən qəmdə,

yatdıq illər uzunu

div yuxusuna,

Qarı düşmən sahib çıxdı

torpağımızın çoxusuna.

Sənin biganəliyindən o tay,

mənim divanəliyimdən

bu tay getdi,

Zalım sən oldun, məzlum mən,

barışdıq rəzalətlə,

haray ellər, haray,

arada Vətən getdi!..

 

Dostum, sən qəmin çal-çağırlı

yalan şöhrətinin,

mən nisgillərin ürəklərdə qalan

ağır möhnətinin,

çarpaz dağını çəkdik

vətənin köksündən yaralı,

qazıq qoynuna,

Qalaq-qalaq dərd yüklədik

qərib dünyanın

qıldan nazik boynuna.

 

Çal aşıq, çal,

dərdimizin ah naləsin

ucalt göylərə,

Satıldı bu yurdda  hər şey-

iman da, vətən də getdi

qara yellərə.

De ki, bizə bir daha Tanrıdan

aman olmayacaq,

Cənnət deyilən Tanrı bağçasına

buralardan kimsə yolun

salmayacaq.

Bura, Allah səltənətinin

cəhənnəm yeri,

Zamanın insanlıq saatı

burada, işləyir geri.

Bura, dəyərlərdən,

hər cür ucalıqdan uzaq,

Burada iblislərə, şeytanlara

əllər açılır qucaq-qucaq.

 

Dostlar, insan ucuz,

matahlar bahadır burda,

İnsan boyda qəbir yerləri

insandan bahadır burda.

Burada ruzi Tanrıdan yox,

şahlardan dilənər,

Şahlar özü də əl açıb

öz xalqından dilənər.

Dilənçi dilənçiyə qarışıb burada,

hamı taleyin kor qisməti ilə

barışıb burada.

Ağır çəkir qardaş,

burada tərəzinin şər gözü,

Şeytan qapadıb burada

haqqa baxan hər gözü.

Qulaqlar kar, gözlər kor,

qəlblər asi olub Tanrıya,

Çətin bir də fələk oğlu fələk

bizimlə düz sarıya.

 

Çal aşıq, çal,

dərdimizin ah-naləsin

ucalt göylərə,

Qara keşiş ölməyib,

Kərəm yenə alışıb yanacaq

odu sönüb, qoru qalan küllərə.

De ki,” Xarıbülbül” uzaq düşüb

Şuşa adlı aşiqindən,

Sevənlər lal olub Fərizənin

İlhama olan ilahi eşqindən.

Çal aşıq, şal...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

End of content

No more pages to load

RADİO