Əlindən hər şeyi alınan Tağıyevin fəhlələrə üzüm sovqatı- Təsirləndirici xatirə-FOTO


“Azərbaycan Xalq Cümhuriyyəti” ili artıq yekunlaşmaq üzrədir. Moderator.az mütəmadi olaraq, AXC xadimləri, bu şanlı dövlətlə bərabər adıçəkilən şəxslərlə bağlı yazılarla çıxış edib. Bunlardan biri də mesenant, AXC naminə əlindən gələni əsirgəməyən, böyük maarifçi şəxs Hacı Zeynalabdin Tağıyevdir.xa0

Bu dəfə də xeyriyyəçinin əsas tədqiqatçılarından olan fəlsəfə doktoru Fərhad Cabbarlıya istinadən milyonçu haqqında iki faktı təqdim edirik:

Başlayaq, birincidən.... Artıq bolşevik rejimi AXC-ni devirib, bir çoxlarının mülklərini əllərindən almışdı. Bəzilərini isə ümumiyyətlə yaşamdan məhrum etdilər. Təbii ki, təəssüfedicixa0 faktdır. Amma bundan da təəssüfedici fakt hamının sevimlisi olan Hacı Zeynalabdinin ömrünün ahıl çağında layiq olmadığı aqibətə məruz qalması, mülklərinin əlindən alınaraq, yalnız Mərdəkandakı bağ evində məcburən sığınması olub.

Amma o yenə də Tağıyev idi. Yenə də hamı ona çox böyük hörmətlə yanaşırdı. Vaxilə tikdirdiyi teatra gedib, yenə də hər zaman oturduğu lojaya qalxar və bu zaman bütün tamaşaçılar ayağa qalxaraq Hacını salamlardılar.

Fərhad Cabbarlının təqdim etdiyi faktda da bunu görmək olar:

“Tağıyev fabrikinin keçmiş fəhləsi Sona Məmmədova danışır ki, Hacının hər şeyi əlindən alınandan sonra fəhlələri gediblər onu ziyarət etməyə. O da tapşırır ki, fəhlələrə üzüm dərib versinlər. Artıq milyonçu deyil, amma yenə də yanına gələnləri əliboş buraxmır...”


İkinci fakt isəxa0 XX əsrin əvvəllərində çıxan qəzetlərin birindəki yazıya cavabdır.

Müxbir Petrişşev qəzet səhifələrində Əhməd bəy Ağayevi Hacı Zeynalabdin Tağıyevin puluna görə onu əsərlərində vəsf etməkdə günahlandırır.xa0 Əhməd bəy "Kaspi"də Petrişşevə cavabında yazırdı:
xa0
"...Mənim Tağıyevdən bəhs etdiyim yeganə kitabım bu yaxınlarda çıxan "Axund və islam" broşürudur. Kitabı yazandan sonra onu nəşr etməyə imkanım olmadığından mən, bunun üçün Tağıyevə müraciət etdim. Tağıyev razılaşdı və kitabın nəşri üçün 200 manat verdi. Bu məbləğə mən ona 1400 nüsxəni verməyi öhdəmə götürdüm. Hər nüsxənin qiyməti - 40 qəpik. İndi qoy Petrişşev hesablasın, mən, Tağıyevin kitabın çıxmasında xidmətindən nə qədər "qazanmışam". Lakin Tağıyev də bundan heç nə qazanmadı, çünki həmin 1400 nüsxəni paylamaq və yaymaq üçün götürmüşdü. Tağıyevi "vəsf etməyimə" gəlincə, mən, kitabın ön sözündə Tağıyevin tərəqqiyə və müsəlmanların mədəni inkişafına məhəbbətini və səylərini vurğuladım, onun humanist hisslərinə səslənərək, yeni əsaslara söykənən müsəlman ruhani akademiyasının yaradılması təşəbbüsünü öz üzərinə götürməyi xahiş etdim... Qəti şəkildə bildirirəm ki, bu kitabdan başqa mən heç bir qəzetdə Tağıyev haqqında bir hərf belə yazmamışam, onun "ianələrindən" istifadə etməmişəm və onu heç bir xərcə salmamışam".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

End of content

No more pages to load

RADİO