Şairlər ustadlarını andılar: Şəhriyar-110

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Hüseyn Cavid Ədəbi Məclisi”x9dnin və AYB-nın Cənibi Azərbaycan şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan şeirini zirvələrə qaldıran M.H.Şəhriyarın 110 illik yubileyinin yekun (bağlanış) tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Məclisin sədri, şair Kəmaləddin Qədim açdı. O, öncə ehtiram əlaməti olaraq, bu gün dünyasını dəyişən Azərbaycanın tanınmış şairi və tərcüməçisixa0İlyas Tapdıqı,xa0Azərbaycanın Xalq artisti Ağaxan Abdullayevi,xa0bir neçə gün əvvəl itirdiyimizxa0Xalq artistixa0Muxtar Maniyevi,xa0Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovuxa0yad etdi və onların ruhu bir dəqiqəlik sükutla yad edildi. (Allah rəhmət eləsin!)xa0K.Qədim iştirakçıları salamlayaraq, məclisimizin fəaliyyəti barədə danışdı. Sonra Ulu Şəhriyarın 110 illik yubileyi ilə bağlı ölkədə keçirilən uğurlu tədbirlər barədə qısa məlumat verdi. Bağlanış olaraq birgə təşkil etdiyimiz bu tədbirlə yekunlaşmasının qururunu daşıdığımızı və bundan sonra da M.H.Şəhriyarın anım gecələrini keçirməyi borc bildiyini vurğuladı.xa0

sehriyar2

Sonra AYB-nın Cənibi Azərbaycan şöbəsinin müdiri yazıçı-şair Sayman Aruz öz növbəsində iştirakçıları salamladı. O, M.H.Şəhriyarın zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, Azərbaycan poeziyasını zənginləşdirən əsərlərindən danışdı.

Məruzə üçün söz tanınmış tənqidçi Əsəd Cahangirə verildi. Ə. Cahangir M. H. Şəhriyarın yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışdı. O, şairin ədəbiyyatımızda yeni bir dövr açdığını qeyd edərək, Şəhriyar şeirinin poetik üslubundan, milli ruhundan geniş şəkildə məruzə etdi. Bu baxımdan “Heydərbabaya salam”x9d poemasını vurğuladı.xa0 Ə. Cahangir M.H.Şəhriyarın təkcə Azərbaycanın və İranın deyil, bütün türkdilli xalqların dahi şairi olduğunu qeyd etdi.

xa0İkinci məruzəçi Filologiya elmləri doktoru,xa0 görkəmli tənqidçi Vaqif Yusifli oldu. O, şairin dillər əzbəri olan şeirlərini qeyd edərək, Şəhriyarın Azərbaycan ədəbiyyatına xidmətlərindən söz açdı. Bu xidmətlərin layiqincə dəyərləndirilməsində zəhməti olan təşkilatçılara uğurlar arzuladı.

sehriyar

xa0Tədbirdə Təbrizdən gələn qonaqlardan gənc şair Sumayə Əsədiyə söz verildi. O, özünün gözəl şeirləri ilə məclisi şərəfləndirdi, xa0şairin ruhunu şad etdi.

Sonra Məclisin üzvlərindən filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər çıxış etdi. A. Nəzər Şəhriyar şeirinin xəlqiliyindən danışdı, şairin yaradıcılığından folklor, dini-fəlsəfi nümunələr gətirərək, bu sahədə Şəhriyar şeirlərinin hər zaman tədqiqat obyekti kimi araşdırmalar üçün bir baza olduğunu qeyd etdi.

xa0Şair-publisist, şərqşünas-tərcüməçi Hafiz Rüstəm Şəhriyarın farscadan tərcümə etdiyi bir qəzəlini səsləndirdi. H. Rüstəmin bu sahədəki xidməti iştirakçılar tərəfindən xüsusi alqışlandı. O, şairin “Türkün dili təkxa0sevgili istəkli dil olmaz”x9d şeirini oxudu.

Tədbirin özəl qonağı muğam ifaçısı Zeynal Əhmədov Şəhriyarınxa0 “Ulduz sayaraqxa0gözləmişəm hər gecə yarı”x9d və “GetməTərsa Balasıxa0“qəzəllərini muğam üstündə ifa etdi. Onun ifası məclisin ruhunu bir az da dəyişdi.

xa0Məclisin digər üzvlərindən Aləm Kəngərli 90-cı illərin məlum hadisələrindən -sərhədlərin açılmasından, ayrılığın tikanlı məftillərini necə parçaladıqlarından, Şəhriyar həsrətini beləcə az da olsa bitirə bilmək uğruna verilən mübarizələrdə iştirakından ürəkdolusu və maraqla danışdı. Arazın bu tayından hər kəsin Şəhriyarın məzarının ziyarətinə can atdığını qeyd etdi. A.Kəngərli bir daha şairin ruhuna rəhmət dilədi.

sehriyar1

xa0Nizami Muradoğlu Şəhriyarın sadə, eyni zamanda dərin dil üslubundan söhbət açaraq, bir neçə şeirini vurğuladı. Yenə üzvlərdən şair Surxay Qocayev, tarix üzrə fəlsəfə doktoru, şair Arzu Nehrəmli Şəhriyar haqqında ürək sözlərini söylədilər və şeirlər oxudular.

xa0İştirakçılardan müəllim, şair İltimas İsmayıl şair haqqında ürək sözlərini söylədi və Şəhriyarın xüsusi işlənmiş portretini və əsərlərinə aid illüziyaları AYB-nın Cənibi Azərbaycan şöbəsinə hədiyyə etdi. Jurnalist Nurəddin İsmayıl, Təbrizli gənc şair Ümid Nəccari, Tariyel Ümid, Ayaz Arabaçı, Güləmayıl, Məmməd Məcidoğlu və başqaları maraqlı çıxışlarla yadda qaldı.

Avrasiya Universitetinin tələbələrindən Əfsanə Rəcəbova, Dünyaxanım Quliyeva və digərləri Şəhriyarın məhşur şeirlərini səsləndirdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.(Strateq.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

End of content

No more pages to load

RADİO