Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”x9d əsəri Türkiyədə türk dilində çap edilib.
Maraqlıdır, Azərbaycan ədəbiyyatının şedevr nümunələrinin qardaş Türkiyədə, habelə digər dünya dövlətlərində çapı nə dərəcədə əhəmiyyətlidir? Bu, Azərbaycan ədəbiyyatının təbliği baxımından yetərincə önəm kəsb edirmi?
Moderator.az-a açıqlama verən görkəmli şair Rüstəm Behrudi bunun alqışlanacaq bir addım olduğunu qeyd etdi:
“Bu məsələdə kimin əsərinin çap edilməsi mühüm əhəmiyyət kəsb edir. Mirzə Cəlilin bütün əsərləri Azərbaycan ədəbiyyatı haqqında ciddi təsəvvür yaratmaq gücündə olan əsərlərdir. Onun “Ölülər”x9d əsəri dünya ədəbiyyatının şedevrlərindən biridir. Mirzə Cəlilin əssərləri Azərbaycan ədəbiyyatı haqqında bütün dünyada təsəvvür yaradacaq gücə malikdir. Hüseyn Cavidin, Haqverdiyevin əsərləri də Azərbaycan ədəbiyyatı haqqında düzgün təsəvvür yaratmaq iqtidarındadır.
“Danabaş kəndinin əhvalatları”x9d yüz il əvvəlki hadisələrin ümumiləşdirilmiş şərhi olsa da, bizim adət-ənnəmiz, dünyagörüşümüz haqqında müəyyən təsəvvür yaratmaq gücündədir. Çünki bunlar şedevrlərdir.
“Danabaş kəndinin əhvalatları”x9dnın Türkiyədə çap edilməsi çox böyük hadisədir”x9d.
xa0
Seymur Əliyev