"Evimdə işığımı kəsirlər və mən oturub ədəbiyyat haqda düşünürəmsə, onda əbləhin yekəsiyəm!"

Yazıçı, jurnalist  Kənan Hacı uzun müddətdir Hepatit C xəstəliyindən əziyyət çəkir. Yazar bu günlərdə müayinə və müalicə olunmaq məqsədilə Türkiyədə olub. Türkiyədən yeni qayıdan Kənan Hacı Moderator.az-ın suallarını cavablandırıb.

- Kənan bəy, necəsiniz?

- Salam, belə də babat. Yaxşı olmağa çalışıram.

- Sağlıq durumunuz, səhhətiniz necədir? Türkiyəyə müayinəyə getmişdiniz, nə oldu, necə oldu?

- Siz mənim səhhətimlə bağlı məlumatlısınız. Bilirsiniz ki, mən yayda 1 saylı Şəhər Klinik Xəstəxanasında yatdım, çıxandan sonra bir ara yaxşılaşdım. Sonra yenə halsızlıq, ağrılar oldu. Qənirə xanım sağ olsun, maraqlandı, dəstək göstərdi. Sonra düşündüm ki, bəlkə Türkiyədə müalicə olunum. Amma buna da o qədər vəsaitim yox idi. Türkiyədə yaşayan dəyərli sənətçimiz Məlahət xanım Abbasova mənə dedi ki, gəl heç olmasa, burda da müayinədən keç. Getdim, müayinədən keçdim. 32 növ analiz götürdülər, doktor Kadır Demir dedi ki, ciddi müalicə almalısan. Neçə illərdir ki. bu virus sənin bədənindədir. Analizlərin bir qismi Almaniyaya göndərilib, indi cavablarını gözləyirik.

- Demək ki, həkim hələ sizə müəyyən  bir müalicə kursu yazmayıb? Analizlərin cavabından sonra bir də Türkiyəyə gedəcəksiniz?

- Müalicə üçün müəyyən dərmanlar yazıb. Dərmanları ordan aldım. Amma hamısına maddi vəsait çatmır. Doktor dedi ki, bu xəstəlikdən qurtulmağın üçün 35 min dolların olmalıdır. Hələ Almaniyadan gələn cavablardan sonra qərar veriləcək. Ora qayıtmaq lazımdı, ya yox.

- Çox böyük məbləğdir. Bilirik ki, səhhətinizlə bağlı işləyə də bilmirsiniz. Bu məbləği ödəməyə gücünüz yetməz ki... Türkiyəyə gedib gəlmək, oradakı müainələr, dərmanlar... Bəs bu xərcləri necə qarşıladınız?

- Sağ olsun, az sayda olan dostlar! İlk növbədə millət  vəkilimiz Qənirə xanım Paşayevaya minnətdarlığımı bildirirəm. Sonra mənim üçün çox əziz olan bir dostum yardım etdi. Adını çəkmirəm. Türkiyədə isə vaxtının çoxunu bizə sərf etmiş Məlahət xanım Abbasovaya dərin təşəkkürümü bildirirəm! Onun sayəsində doktorla görüşə bildik. Kadır bəy Türkiyənin ünlü hepotoloqlarından biridir. Ona inanıb getmişdim.

- Kənan bəy, Almaniyaya göndərilən analizlər konkret olaraq nə ilə bağlıdır, yəni ki, xəstəliyin sağalan və ya xroniki olub-olmaması ilə bağlı analizlərdir, yoxsa necə?

- Çox güman ki, onunla bağlıdır. Bunu həkim daha dəqiq bilir. Çünki dedi ki, bu analizlər mütləq Almaniyada keçirilməlidir. Mənə yazdığı dərmanların içində virusun sümüyü yeməsinə qarşı da dərman var. Virusun sümüyü yeməsi isə çox təhlükəli bir şeydir.

- Allah uzaq eləsin. Belə bir ehtimal hiss etdimi sizdə, yoxsa ki, qabaqlayıcı, önləm məqsədilə bu dərman yazılıb?

- Yəqin ki, hiss edib, yazıb. Çünki dedi ki, uzun illərdir bu virus sizin bədəninizdədir və serrozu yetişdirməklə məşğuldur.

- Allah uzaq etsin, bizi lap qorxutdunuz. Bundan sonrası bəs necə olacaq? Ciddi müalicə üçün özünüzün də dediyiniz kimi çox yüksək məbləğdə vəsait lazımdır. Bundan sonrakı mərhələ üçün nə etməyi düşünürsünüz?

- Vallah, hər şey maddi vəsaitə bağlıdır. Başqa nə deyim.

- Ümid etdiyiniz, tutunacağınız, sizə maddi dəstək olacaq kimlərsə varmı?

- Ümid sonda ölür. Ümid edək.

- Arzu edək ki, ümidiniz heç ölməsin və inanaq ki, sizə həyatı qazandıracaq insanlar tapılacaq.

- Təşəkkür edirəm, çox sağ olun. 

- Kənan bəy, mənzil şəraitiniz də dözülməz vəziyyətdə idi, necə desək hər gecə siçanlarla yoldaş olmağa məhkum olmuşlardan idiniz. Heç olmazsa o məsələdə bir irəliləyiş varmı?

- Heç bir irəliləyiş yoxdur. Məni tanıyanlar bilir, 20 ildən çoxdur jurnalistika sahəsində çalışıram. Ən nüfuzlu mətbuat orqanlarında, agentliklərdə çalışmışam. Bir neçə il "İki sahil" qəzetinin parlament müxbiri olmuşam. 15 ildən çoxdur özgə qapılarında sürünürəm. Bu haqda "Özgə qapılarında" adlı silsilə hekayələr də yazmışam. O hekayələri oxusanız, mənim nə boyda məşəqqətlərdən keçdiyimi görərsiniz. Kitablarımın çoxu yollarda itib-batdı. İndi də nəmişlik, rütubətli bir evdə, əgər ev demək olarsa, yaşayıram. Özünüz də gəlib görmüsünüz. Üzr istəyirəm, yataq otağı deyilən yer kitablarla doludur. Kitabların tozu içində yatıb-dururam. Dostlar gələndə xəcalət çəkirəm. Deyirlər sağlam adam burda xəstə olar, burda necə yaşayırsan? Cavab verə bilmirəm. Özüm 10 kitabın müəllifiyəm, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Mənim nəsə ummağa mənəvi haqqım da çatır. Çatmasa, bunu deməyi heç özümə sığışdırmaram.

- Durumunuzdan hali olan biri kimi mən də o fikirdəyəm və çox arzu edirəm ki, tezliklə aidiyyəti qurumlar sizə bir otaqlı olsa belə normal şəraitli mənzil  versinlər. Ancaq bizim arzumuzu saya sayan nə gəzir. Əvvəldə dedik axı, ümid sonda ölür. Ümud edək ki, sizə ən azı jurnalsitlər üçün tikilən yeni binadan mənzil verələr.

- Çox sağ olun! Təki siz deyən kimi olsun. 

- Bunun üçün aidiyyati qurumlara müraciət etmisinizmi?

- Açığı, indiyə qədər düşünürdüm ki, birtəhər dözüb yaşamaq olar. Amma indi görürəm ki, mümkün deyil. Yazar olaraq qaldığım şəraitdən özüm də utanıram, xəcalət çəkirəm. Soyuqlar başlayandan ayaqlarım tutulur, çox əziyyət çəkirəm. Yaşım 40-ı keçib, özüm də yarımcan vəziyyətdə. Sabah düşüb ölsəm, mənim meyitimi qoymağa burda yer tapmayacaqlar. Ona görə fərdi qaydada müraciət etmək istəyirəm.

- Kənan bəy söz əhli ilə hal-əhval tutasan, ancaq yaradıcılığından danışmayasan, bax bu günah olar. Elə ona görə də azacıq da olsa söz dünyanıza varmaq istəyirəm. Sağlıq durumunuz imkan verirmi sözlə həmdərd olmağa? 

- Son bir ayda heç o əhvalda deyiləm. Heç cür yazıya köklənə bilmirəm. İçimdə mənəvi bir narahatlıq var, gələcəklə bağlı qeyri-müəyyənlik yazmağa imkan vermir. Bayaq Şərif Ağayarın təzə yazısını oxudum. "Nə üçün?" Bax, bu sual uzun müddətdir mənə də rahatlıq vermir. Nə üçün yazırıq axı? İnsanlar sürətlə kitabdan, ədəbiyyatdan uzaqlaşır. Hamını güzəran, dolanışıq qayğıları sıxır. Belə bir vəziyyətdə oturub yazı yazmağı da adam özünə sığışdırmır. Axı bu yazı mənim evimə çörək gətirmir. Mənim evimdə işığımı gəlib kəsirlər və mən oturub ədəbiyyat haqda düşünürəmsə, onda əbləhin yekəsiyəm! Bax belə-belə işlər, Rumiyyə xanım. Həyat çox amansızdır. Yaşamaq uğrunda çarpışmaq olar, amma hara qədər, nə vaxta qədər? Yoxsa elə biz dünyaya zillət çəkməkdən ötrü gəlmişik?!

- Bu gün işə “zəhləm gedir bu həyatdan”x9d  yazmaqla başlamışdım. Sən demə bu dünyadan zəhləsi gedən bir tək mən deyilmişəm. “Dostumun əhvalını gördüm, öz dərdimə şükr etdim”x9d oldu lap bizim bu hal-əhval tutmağımız... Ancaq yenə də sizin sözünüzə qüvvət olaraq”x9d Allah ümidimizi öldürməsin!”x9d deyərək bitirmək istəyirəm söhbətimizi. Ötən dəfə sizinlə müsahibəmizin sonunda arzu emişdim ki, bir də yeni mənzilinizdə sağlam canla sizinlə müsahibə edərik, inşaallah. Ancaq nə yazıq ki, hələ də bu qismətimiz olmayıb, o üzdən həmin arzumda qalıram və üstəlik həm sizə, həm də özümə arzu edirəm ki, tanrı bizə həyatı sevdirəcək bir möcuzə göndərsin! Son olaraq da sizin özünüzə, bizə, daha doğrusu oxucularınıza yeni il arzularınızı öyrənmək istərdim.

- Sizə təşəkkür edirəm! Əlbəttə, mən də çox istərdim ki, söhbətimiz nikbin əhvalda davam etsin. Amma neyləyək ki, həmişə biz istəyən olmur. Yenə də ümid. Ümid edək ki, gözəl günlərdə ədəbiyyat haqqında geniş, arxayınçılıqla danışa biləcəyik. Bir daha təşəkkür edirəm! Çox sağ olun ki, mənə diqqət ayırırsınız.

- Biz də sizə təşəkkür edirik ki, durumunuzun ən ağır vaxtlarında belə suallarımızı cavabsız qoymursunuz. Çox sağ olun!

Rumiyyə MİRASLAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

“Qarabağ”dan 1 milyonluq TRANSFER

“Qarabağ”dan 1 milyonluq TRANSFER

Bakıda kişi telefonuna baxan arvadını döydü

Bakıda kişi telefonuna baxan arvadını döydü

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

End of content

No more pages to load

RADİO