Moderator.az publisist - jurnalist Azər Qaraçənlinin "Nizaminin şükürü" əsərini hissə - hissə oxuculara təqdim edir. Əsərin qəlbində Allah sevgisi və xofu olan hər bir inanclı şəxs üçün maraq doğuracağına şübhə yoxdur:
...“Quran”x9dda deyilir: “Dənizdə dağ kimi üzən gəmilər Onun nişanələrindəndi! Allah istəsə, küləyi dayandırar, gəmilər suyun üzündə durub qalar! Həqiqətən, bunda səbir eləyən, şükür eləyən hər kəs üçün dəlillər var!”x9d
Tanrı deyir: “Biz Musanı öz ayələrimizlə peyğəmbər göndərdik. Ona dedik: “Tayfanı qaranlıqdan aydınlığa çıxart, Allahın günlərini onlara xatırlat!”x9d Şözsüz ki, bunda çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var!”x9d
Elə Nizaminin “Yeddi gözəl”x9dindəki qara geyimli şahın əfsanəsi, Bişrlə Məlixanın əfsanəsi də təkcə çox şükür eləmək üçün yox, çox səbir eləmək üçün də ibrətdi. Bu əfsanələr təkcə şükür haqqında deyil, həm də səbir haqqındadı. Ancaq təkcə şükürlə səbir haqqında da deyil, bu əfsanələrdə ayrı mənalar, ayrı hikmətlər də var, onlara yenə toxunmayacağıq, eləcə Nizaminin əxlaq sisteminin nə qədər geniş olduğunu yada salmağı özümüzə borc bilirik.
Qara geyimli şahın əfsanəsində şah cənnəti (Nizaminin təsvir elədiyi cənnətməkan guşə, əlbəttə ki, cənnətin simvoludu) bir yandan naşükürlüyünə, o biri yandan da səbirsizliyinə görə itirir. Cənnəti itirdiyi anda o, nə qədər naşükürdüsə, o qədər də səbirsizdi. Əksinə də demək olar: nə qədər səbirsizdisə, bir o qədər də naşükürdü. Şah səbirlə şükürdən eyni vaxtda, eyni dərəcədə uzaqlaşır, bu mənəvi keyfiyyətləri birlikdə yadırğayır. Nizami burda səbirlə şükürü bir-birindən ayırmır. Ona görə bu iki fikri eyni haqla demək olar: şah neməti naşükürlüyünə görə itirir; şah neməti səbirsizliyinə görə itirir. Ən doğrusu bu iki fikri birləşdirib deməkdi. Şah naşükür olduğu qədər səbirsiz, səbirsiz olduğu qədər naşükürdü, üstəlik, naşükürlüyünə görə səbirsiz, səbirsizliyinə görə naşükürdü. Onun cəzası həm naşükürlüyün, həm də səbirsizliyin cəzasıdı.
Bişrlə Məlixanın əfsanəsində Bişr yolda qadını görüb vurulur, ancaq onun dalınca düşmür, səbir eləyir. Bişr həm də şükür eləyən adamdı. Axırda o qadın Bişrə qismət olur. Bu həm səbirin, həm də şükürün mükafatıdı.
Nizaminin əsərlərində şükür eləyən səbirlidi, səbirli adam həm də şükür eləyən adamdı. Nizamidə şükür eləyən səbirsizliyə başlayıbsa, deməli, həm də naşükürlüyə başlayıb. Səbir eləyən naşükürlüyə başlayıbsa, deməli, həm də səbirsizliyə başlayıb.
Bişr hər şeyə ”“ xeyirə də, şərə də Tanrının hikməti kimi baxan adamdı. O, sevgiylə rüsvayçılıq arasında qalanda ziyarətə yollanmaq qərarına gəlir, deyir qoy xeyiri-şəri bilən Tanrı bu işi məndən ötrü asanlaşdırsın. Bişr Tanrının hikmətinin nədə olduğunu bilməsə də, bu hikməti xeyirliyə yozan, hikmət pərdəsinin arxasına gümanı çatan adamdı. Tanrı da axırda onu pərdə arxasında gizlətdiyi hikmətiylə xeyirə calayır. Bəlli olur ki, doğrudan da nəyin xeyir, nəyin şər olduğunu Tanrı bilirmiş, Tanrının örtülü hikmətləri varmış. Demə, Bişrin xeyiri elə Məlixa kimi bir bəlaya rast gəlməyindəymiş. Bu bəlaya rast gəlməsəydi, Məlixayla yol yoldaşı olmasaydı, Məlixa o nadanlıqları eləməsəydi, Bişr sevdiyi qadına qovuşa bilməzdi. Demə, Tanrı Məlixa bəlasıyla Bişri xeyirə çatdırırmış. Sözsüz, burda Tanrının sınağı da var. Özü də çoxqatlı sınaq. Bu sınaqlar da hikmət pərdəsinin arxasındadı. Sınaq təkcə Məlixa bəlasında deyil. Məlixayla Tanrı Bişrin səbirini, şükürünü yoxlayır. Burda Tanrının başqa sınağı da var. Nizami Məlixanın paltarından qızıl kisəsinin çıxdığını təsadüfən yazmayıb. Nizamidə təsadüf yoxdu. Nizami sistemdi. Nizami süjetləri sistemli ardıcıllıqla, zərgər dəqiqliyilə işləyir. Qızıl kisəsi sınaqdı. Bu sınaq Bişrin halallığını, mal-mülk hərisliyini yoxlamaq üçündü. Üstəlik, Məlixa kimi qızıl kisəsinin də xeyiri gizlindədi. Zahirən elə görünə bilər ki, Bişrin xeyiri qızılı özünə götürməyindədi. Ancaq belə eləsəydi, Bişr əsl xeyirindən məhrum olacaqdı, sevgisinə qovuşa bilməyəcəkdi. Zahirən elə görünə bilər ki, qızılı aparıb kiməsə verməyi Bişrin ziyanınadı. Ancaq Bişrin xeyiri elə bu ziyanın içindədi. Qızılı ölünün yiyəsinə çatdırmaq fikrinə düşməsəydi, Bişr Məlixanın arvadını axtarmayacaqdı, Məlixanın arvadı onun halallığına vurulmayacaqdı, ona evlənməyi təklif eləməyəcəkdi, üzünü açıb Bişrə göstərməyəcəkdi”¦ Tanrı Bişrə xeyir göndərir, ancaq bu xeyiri zahiri ziyanlar içində göndərir. Bu zahiri ziyanlar həm də sınaqdı. Sınaqdan üzü ağ çıxan ziyanın cildini yırtıb xeyirə qovuşur.
Nizami Gəncəvi gözümüzə ziyan kimi görünən çox hadisənin xeyirə olduğuna inanır. Şair xeyirin insana ziyan cildində gələ bildiyinə inamını “Yeddi gözəl”x9ddə başqa əfsanədə də ifadə eləyir. Əfsanədə deyilir bir gənc xacə ”“ mömin, elmli, var-dövlətli bir cavan oğlan şəhvətin təsirinə düşür, bir qızla gizli əlaqəyə can atır. Qız da buna razılaşır, ancaq onlar hər dəfə gizlinə çəkilib əlaqəyə girmək istəyəndə bir təhlükəli hadisə baş verib onlara mane olur. Neçə dəfə çalışırlar, istəkləri baş tutmur ”“ hadisələr qoymur. Axırda xacə anlayır ki, təhlükəli hadisələr əslində onları daha böyük bir təhlükədən (xatadan) qoruyurmuş, Tanrı bir ziyanı (günahı) onlardan başqa ziyanla (fiziki cəhətdən təhlükəli hadisələrlə) uzaqlaşdırırmış. Xacə deyir:
O əngəllər bizi əzişdirərkən
Bizdən bir ziyanı başqa bir ziyanla qovurmuş.
Tanrı bizim bəxtimizə ismətli olmağı yazdığı üçün
Elə pis əməldən bizi xilas elədi.
”¦Yolumuzda ismət keşik çəkdiyi üçün
Günaha tərəf getmək mümkün olmadı.
Xacə tövbə eləyir, qızı Allahın izniylə, halallıqla özünə arvad eləmək qərarına gəldiyini deyir. Qızın onunla gizli görüşünü təşkil eləyənlər də “işi belə görüb oğlanın Tanrı qorxusundan qorxurlar”x9d. Onlar gənc xacəyə əhsən deyirlər. Əfsanənin bu yerində Nizami yazır:
Ey, nə qədər əzab şəklində görünən əziyyəti
Əzab hesab eləyiblər, əslində rahatlıq olub!
Ey, kişinin başına gələn çox bəla var
Ki, əslində o bəlalar can dərmanı olub!
Nizami “İskəndərnamə”x9ddə (“İqbalnamə”x9ddə) yazır:
Çox yuxu ki, əvvəl qorxulu olur,
Gün aydın olanda sevinc gətirir.
Ürəyə qorxu salan çox şey var ki,
Axırda ona şükür eləmək lazım gəlir.
Nizami demir bəlaya şükür elə. Nizami deyir bəlaya səbir elə. Deyir səbir elə, bəlkə də axırda görəcəksən ki, o bəlaya nəinki səbir, hətta şükür eləmək lazımmış. Deyir bəlkə də bu bəlaya axırda şükür eləyəcəksən, ona görə indi səbir elə, toxtaq ol, özünü darıxdırma, qəmə batma, gülərüz ol, Tanrının hökmüylə höcətləşmə, Tanrıya üsyankar olma, təslim ol, Yaradana bel bağla, sən Tanrının hikmətini bilməzsən, sən bilməzsən bu çətinliklər, bu bəlalar nədən ötrüdü, bəlkə də bunlar sənin xeyirin üçündü. Nizami deyir belə şey çox olur: ürəyə qorxu salan çox şey var ki, axırda ona şükür eləmək lazım gəlir; əzab şəklində görünən o qədər əziyyət var ki, əzab hesab eləyiblər, əslində rahatlıq olub; kişinin başına gələn çox bəla can dərmanı olub; bizi əzişdirən əngəllər, ola bilər, bizdən böyük bir ziyanı qovur. Beləliklə, Nizami bəlaya şükür eləməyə çağırmasa da, bəlanı narazılıqla, üsyanla qarşılamağa da çağırmır; o, bəlanı təmkinlə, Tanrıya güvənməklə, ovqatını pozmadan, toxtaq, arxayın qarşılamağa çağırır. Deyir hesab elə ki, sirkə baldı.
“Yeddi gözəl”x9d poemasında Nizami oğlu Məhəmmədə nəsihət eləyəndə deyir:
İki rəngli dövrandan (zəmanədən) darısqallıq (çətinlik) yetişəndə
Ürəyini geniş tut, daraltma!
Çox düyünlər sirli açardı,
Çox çətinliyin içində asanlıq gizlənib.
Çox ürəksıxan yuxular yozulanda
Əslində ürəyə şadlıq gətirib,
Qəm oxu ciyəri yandırsa da,
Səbir zirehi belə gün üçündü.
Öz əhdini Tanrıyla möhkəm saxla,
Başqa əlaqələr üçün ürəyinə qəm salma,
Sən Tanrıyla əhdini pozmasan,
Səni əmin eləyirəm ki, hər şeydən xilas olarsan.
“Xosrov və Şirin”x9ddə Şirin Xosrova təsəlli verəndə deyir:
Şirin deyirdi: “İqbalda bunlar çox olur,
Gah sevinc, gah da kədər olur.
İş ki düyünləndi, düyünlənəcək,
Ona matəm tutmaq ölüm gətirər.
Gərək bir neçə vaxt üzügülər olasan,
Ayağı da, başı da bağlamaq olmaz.
Öz azarına zor eləmək olmaz, çünki
Çox xəstə gorun qırağından qayıdıb.
Demə ki, hər kəs sağlamdı, qızdırma tutmaz,
Hər qızdırmalı da ölməz.
Bir çox qıfıl var ki, bəndi görünməz,
Yenidən baxanda qıfıl yox, açar olduğunu görürsən.
Gərək qəmi ağılla könüldən siləsən,
Qum nəmi çəkən kimi, qəm qəmi gətirər”x9d.
Şair “Leyli və Məcnun”x9dda yazır Məcnun dünyaya gəlməmiş atası övlad həsrətiylə yaşayırdı, övladı olsun deyə dilənçilərə pul paylayırdı. Atasının xəbəri yox idi ki, oğlu dünyaya gəlsə, ona ömürlük dərd olacaq. Nizami yazır:
O xəbərsizdi ki, belə gecikməyin
Məsləhət olan gizli bir sirri olar.
O şeyi ki, istəyirsən, olmur,
Görünür ki, məsləhət belədi.
Rast gəldiyin hər yaxşıya, pisə,
Nəzər salsan görərsən işin xeyrinədi.
O inciyə ki, ehtiyac duyursan,
Diqqət yetirsən görərsən tapılmasa yaxşıdı,
Bir çox qərəz var ki, göz qabağındadı,
Onun gizli qalması insanın xeyrinə olardı.
Kimi qaçaqaçdadı, kimi “dayan-dayanda”x9d,
Heç kəs bilmir ki, məsləhət hansındadı.
Qəlb kələfinin ucu itib,
Hər qıfılın ardınca, görərsən ki, bir açar var.
Adəm övladı yazıq kimsədi,
Elə torpaqdı ki, püfləsən külək aparar.
Belə bir torpaq ikən gününü xoş keçir,
Torpaq toxumunu torpağa at!
Şair yenə “Leyli və Məcnun”x9dda yazır:
Bir işin gedişindəki hər nöqtənin
Zərurət üzündən öz ixtiyarı (yeri) var,
Mövcud olan hər şeyin hərəkətində
Məqsəd yazılarından biri var.
Kağız varağının iki üzü var.
Yəni hər iki tərəfdən nişangahı var,
Varağın bu tərəfindən tədbiri oxu,
O biri tərəfindən təqdiri hesabla,
Düzgün qələmli katib çox az halda
Bu iki hesabın bir-birinə düz gəldiyini tapar.
Çox gül var ki, sən onu gül sanarsan,
Özünə sancılanda tikan olduğunu görərsən.
Zahirən qora görünən bir çox salxım
Sınaq zamanı üzüm çıxar.
Zəiflik gətirən aclıq çox halda,
Həzm cihazına sağlamlıq gətirər.
Belə zidiyyətin müqabilində
Təslim olmaq, qarşı durmaqdan yaxşıdı,
Xülasə, madam ki, əhvalat belədi,
San ki, sirkə baldı.
Şair deyir Leyli elə belə də eləyirdi, qəm yeyirdi, amma şükür eləyirdi:
Dilbərlər çırağı olan Leyli
Özü üçün əziyyət, başqaları üçün xəzinə idi.
Elə xəzinə ki, bir ilan
Halqa vurub onun dövrəsinə hasar çəkmişdi.
O darısqal işgəncəli dairədə,
Daşın bağrında olan ləl kimi yaşayırdı.
Çox qiymətli gövhər olsa da,
Ay kimi, əjdahanın ağzında idi.
Əri (İbn Salam) bütün günü onu güdürdü,
Leyli qəm yeyirdi, amma şükür eləyirdi.
Leylinin qəm yeyə-yeyə şükür elədiyini yazmaqla Nizami bəlalara şükür eləmək düşüncəsinin ona heç də yad olmadığını büruzə verir. Doğrudan da, bu düşüncə Nizamiyə yad deyil. Başqa cür ola da bilməz. Çətinliklərə, əzab-əziyyətlərə Tanrının hikməti kimi baxan, bu çətinliklərdə çox vaxt xeyirin gizləndiyinə inanan, “çox düyün sirli açardı”x9d, “çox çətinliyin içində asanlıq gizlənib”x9d, “çox ürəksıxan yuxu yozulanda ürəyə şadlıq gətirib”x9d, “bir çox qıfıl var ki, bəndi görünməz, yenidən baxanda qıfıl yox, açar olduğunu görürsən”x9d, “o şeyi ki, istəyirsən, olmur, görünür ki, məsləhət belədi”x9d, “rast gəldiyin hər yaxşıya, pisə nəzər salsan görərsən işin xeyrinədi”x9d, “o inciyə ki, ehtiyac duyursan, diqqət yetirsən görərsən tapılmasa yaxşıdı”x9d, “zahirən qora görünən bir çox salxım sınaq zamanı üzüm çıxar”x9d, “zəiflik gətirən aclıq çox vaxt həzm cihazına sağlamlıq gətirər”x9d yazan, belə zidiyyətin müqabilində təslim olmağı qarşı durmaqdan yaxşı sayan adam bəlalara şükür eləmək düşüncəsinə yad ola bilməz. O, istər-istəməz bu düşüncəyə yaxın olmalıdı. Nizami başqa misralarında da bu düşüncəyə yaxınlığını büruzə verir. “Sirlər xəzinəsi”x9dndə yazır:
Bəlaları qəbul eləmək peyğəmbərlər üçün xoşbəxtlikdi.
Amma sənin xoşbəxtlik hesab elədiklərin bəladı.
Elə bu misraların ardınca şair bəlanın faydasına belə bir izah da verir:
Bəlanın yarası xudbinlikdən nicat üçün məlhəmdi.
Şərabın acılığı şirinlik mayasıdı (mənbəyidi).
Deməli, Nizami hesab eləyir ki, bəlalar bizi özündənrazı olmaqdan da qurtarır, bizi yekəxana, eqoist olmağa qoymur, pislik (acılıq) yaxşılıq (şirinlik) doğurur. Nizami bütün bunlara Tanrının hikməti kimi baxır. O, “Xosrov və Şirin”x9ddə çətinliklərin, maneələrin bir xeyirindən də danışır. Deyir çətinliklər qədirbilənliyi artırır, fələk işləri düzəltmək istəyəndə bilərəkdən oyun çıxarıb adamı çətinə salır ki, adam işi düzələndə bunun qədrini bilsin, kol-kos olmasa gülün qədrini kim bilər?
Fələk işləri düzəltmək istəsə,
Əvvəlcə pərdədən oyunlar çıxarar.
Bir kəndliyə xəzinə bağışlamaq istəsə,
Əvvəlcə zəhməti onun yadına salar.
Yolun üstündə kol-kos olmasa,
Gülün, şümşadın qədrini kim bilər?
Neçə gün hicran dərdi çəkmək lazımdı ki,
Fəraqdan sonra vüsal ləzzət versin.
Bu düşüncədə ola-ola çətinliklərə, maneələrə necə şükür eləməyəsən? Nizami bəlalara şükür eləməyi birbaşa təbliğ eləməsə də, ya da belə deyək: Nizami bəlaya şükürü çox az təbliğ eləsə də, onun dolayısıyla buna gətirib çıxaran çoxlu fikri var. Nizami məntiqiylə bəlaya şükür eləmək düşüncəsinə asanlıqla gəlib çıxmaq olur, oxucunu bundan saxlamaq mümkün deyil. Qətiyyən təsadüfi deyil: “Quran”x9dda eynən bu cürdü! “Quran”x9dda da Tanrı bəlaya şükür eləməyə çağırmır, Tanrı nemətə şükür eləməyə çağırır. “Quran”x9dda Tanrı bəlaya səbir eləməyə çağırır. Bəlaya səbir, nemətə şükür ”“ Tanrının çağırışı bunadı. Ancaq insandan onun iradəsinə bel bağlamağı, onun qəzasına razı olmağı, ona üsyan eləməməyi, ona təslim olmağı, onun verdiyi nemətlərdə də, göndərdiyi bəlalarda da ibrətləri görməyi uman, səbir, şükür eləməyin xilas yolu olduğunu, heç bir yaxşılığın-pisliyin cavabsız qalmayacağını, zülm eləyənlərin cəzaya, zülm görənlərin mükafata çatacağını, səbir, şükür eləyənləri mükafat gözlədiyini, bu dünyadakı bəzi əzabların o dünyadakı cəzanı yüngülləşdirdiyini, bu dünyadakı zülmkarların əslində yalnız özlərinə pislik elədiklərini, o dünyadakı əbədi əzablarını artırdıqlarını deyən Tanrının bu çağırışlarından sonra hər kəs asanlıqla belə bir fikrə gəlib çıxa bilər ki, bəlaya da şükür düşür. Ona görə “Quran”x9dda Tanrı insanı bəlaya şükür eləməyə çağırmasa da, Məhəmməd peyğəmbərin bəlaya şükür düşdüyü barədə bir hədisi olmasa da, islam aləmində bəlaya şükür düşdüyünü təbliğ eləyən görkəmli şəxsiyyətlər var. Onlar bu təbliğatı məntiqlə eləyirlər, havadan götürməyiblər. Nizaminin kitabları da Tanrının kitabı kimi belə bir təbliğata məntiqi əsas verir.
Ancaq Nizaminin əsas məntiqi bəlaya şükür eləmək deyil, nemətə şükür, bəlaya səbir eləməkdi. Nizami nemətə şükür, bəlaya səbir eləməyin qatı tərəfdarıdı. Bu məsələdə o, birbaşadı. Bu məsələdə onun mövqeyi tam açıqdı.
Nizaminin bəlalara səbir eləməyi niyə vacib saydığını dedik, indi də ümumiləşdirək. Birincisi, Nizami ona görə səbir eləməyin tərəfdarıdı ki, Tanrıya qiyam qaldırmaq olmaz, Tanrıya təslim olmaq lazımdı. İnsan Yaradanın hökmünü etirazla yox, razılıqla qarşılamalıdı. İkincisi, Nizaminin fikrincə, bəlalara ona görə səbir eləmək gərəkdi ki, ola bilər, bu, bəla deyil, xeyirdi, ziyan cildinə girib gəlib. Sən onu qəbul eləməsən xeyirini qəbul eləməmiş olursan, xeyirindən qaçırsan. Üçüncüsü, Nizaminin yanaşmasına görə, bəlaya ona görə səbir eləmək gərəkdi ki, o lap sənin xeyirin yox, ziyanın kimi gəlibsə də, sən səbir eləyəndə bu, Tanrıya xoş gedir, Tanrı onu ”“ sənə ziyan kimi göndərdiyini sənin xeyirinə çevirir, yaxud onu sənin xeyirinə çevirməsə də, səni bir başqa cür mükafatlandırır.
“Sirlər xəzinəsi”x9dndə “Ovçu, it və tülkünün hekayəsi”x9dndə şair deyir bir ovçu vardı, ürəyini itinə bağlamışdı. Bu “aslan kişinin aslan iti”x9d bir gün itir. Ovçunun ürəyi üzülsə də, dişini dişinə tutub səbir eləyir. Nizami yazır:
Ovçu o dözülməz səbirə qatlaşdı
Və səbirin hər arpası (misqalı) bir dirhəm xeyir verdi.
Birdən-birə it peyda olur. Ovçu səbirinin mükafatını qazanır. Özü də ikiqat: it o vaxt peyda olur ki, tülkü onun yiyəsinə lağ eləyirdi. İt tülkünü qapıb ovçunun ovuna çevirir. Kişinin çətinliyə səbirlə qatlaşmağı onu şükür eləyəcəyi bir vəziyyətə gətirib çıxarır.
“Xosrov və Şirin”x9din əvvəlində Nizami Xosrovun şahzadə (məlikzadə) vaxtlarından, yəni hələ atasının taxtda olduğu vaxtdan belə bir əhvalat danışır. Deyir bir gün Xosrov səhrada ova çıxır, çoxlu ov eləyir. Ovunu bitirəndə görür uzaqda bir kənd var, yan-yörəsi yaşıllıqdı. Gəlib çəməndə büsat qurur, süfrə açıb, şərab içir. Axşamacan məclis gedir. Axşam şahzadə kənddə bir evə gəlir, sərxoşluqdan burda da məclis qurur, gecə səhərəcən evdə dostlarıyla yeyib-içir. Onların dəlisov atlarından biri səhər bir kəndlinin əkininə girir. Şahzadənin qulamlarından birisə oğrun-oğrun bir neçə salxım qora dərir. Xəbəri Xosrovun atasına ”“ şaha çatdırırlar, özü də elə çatdırırlar ki, şah çox qəzəblənir. Əmr eləyir xəncər götürüb Xosrovun atının peyini kəsirlər (yəni atı çolaq eləyirlər), şahzadənin qulamını qora sahibinə verirlər, qora əkilən yeri gülabla suvarırlar, Xosrovun kəndlinin evində saldırdığı yorğan-döşəyi ev yiyəsinə bağışlayırlar, onun məclisində çəng (musiqi aləti) çalanın dırnağını, çəngin simlərini qırırlar. Bundan sonra Xosrov kəfənə bürünüb atasının hüzuruna gəlir, qılıncını onun qabağına qoyub deyir günahkaram, ya bağışla, ya da boynumu vur. Xosrov yerə sərilib ağlayır, şahı da ağlamaq tutur, oğlunu bağışlayır. O gecə Xosrov ibadətgaha gedir, Tanrıya ibadət eləyəndən sonra əyləşir, oturduğu yerdəcə onu şirin yuxu tutur. Yuxusunda o, babası Ənuşirəvanı görür:
Yuxuda öz babasını gördü, babası ona
Dedi: “Ey dünyaya işıq saçan yeni günəş,
Əgər sənin dörd əziz malın əlindən çıxdısa,
Sənə dörd şeyin muştuluğunu verirəm:
Biri, o qoranın acılığına dözüb,
Üz-gözünü turşutmadığına görə
Elə bir dilbər sənin yanında olacaq ki,
Dövran ondan şirin bir can görməyib.
İkincisi, atının peyini kəsəndə (atı çolaq eləyəndə)
Sən üzünə toz qondurmadığına görə
Şəbdiz adlı bir qara ata sahib olacaqsan ki,
Ən şiddətli külək onun ayağının tozuna çata bilməz.
Üçüncüsü, şah sənin taxtını kəndliyə verəndə
Əhvalını pozmadığına görə
Şahlara layiq elə bir taxt sənin əlinə keçəcək ki,
Qızıldan tökülmüş ağaca bənzəyəcək.
Dördüncüsü, sənin mütrübünün əlindən
Sazını alanda dözdüyünə görə
Barbəd adlı bir müğənnini sənə verəcəklər ki,
Onu yad eləyəndə camda zəhər olsa, şərbət dadı verəcək.
Daş əvəzinə qızıl tapacaqsan,
Dörd sümük əvəzinə dörd gövhər tapacaqsan”x9d.
Məlikzadə yuxudan duran kimi
Bir daha Allaha şükür elədi.
Nizami bəlaya səbir eləyən adamın nə vaxtsa şükür eləyəcəyi bir günə gəlib çıxacağına qəti inanır. Nizaminin məniqi belədi: səbir eləyən şükürə çatır, çətinliyə dözən asanlığa çıxır. Ola bilər, bu asanlıq əvvəlcədən o çətinliyin içində olub, ola da bilər, çətinliyə dözdüyünə görə mükafat kimi göndərilib. Bir sözlə, Nizaminin məntiqinə görə, səbirin sonu şükürdü. Səbir varsa, deməli, axırda şükür də olacaq.
“Xosrov və Şirin”x9din bir yerində Nizami Gəncəvi elə bil şükür təlimatı verir. Elə bil şair demək istəyir adamları şükürə öyrəşdirmək üçün onları özlərindən pis vəziyyətdə olanlara baxmağa məcbur eləmək lazımdı, çünki adamın özündən yaxşı vəziyyətdə olana baxmağı onu şükürdən məhrum eləyir. Şair yazır:
Dünya bilir ki, Xosrov kəmər bağlayanadək,
Onun kimi bir tac sahibi taxta oturmamışdı.
Onun tapşırığıyla adamlar qəbul günlərində
Şahın qarşısında beş cərgədə ayaq üstə dururdular.
Birinci cərgədə varlılar dayanırdı.
İkinci cərgədə ərzi olanlar və yoxsullar.
Üçüncü cərgə gorun ağzından güclə can qurtarmış
Taqətsiz xəstələrin yeri idi.
Dördüncü cərgədə dayananların ayağında
Ürəyə vurulmuş mismar kimi zəncir var idi.
Beşinci cərgədə qanlı müqəssirlər (qatillər) dayanırdı.
Heç kəs heç kəsdən soruşmurdu ki, necəsən?
Ümid vermək üçün qanlıların (qatillərin) qarşısında
Bağışlanmaq fərmanını asmışdılar.
Gözətçi car çəkib hamıya deyirdi:
“Hər cərgə yalnız aşağıya baxsın”x9d.
Varlı kasıba baxanda
Öz halına daha çox şükür oxuyurdu.
Yoxsul xəstəyə sarı baxanda
Öz salamatlığına görə şükür deməyə başlayırdı.
Xəstə məhbusa baxanda
Öz azadlığına çoxlu şükür deyirdi.
Məhbusun gözü qanlıya baxanda
Öz gününə şükür deməyə başlayırdı.
Qanlı bağışlanmaq ümidini görcək,
Şükür şamının işığını artırırdı.
Xosrovun könlü hər il bununla şad idi,
Ölkə Misir kimi ədalətlə abad olmuşdu.
Bununla Nizami hər vəziyyətdə şükürə yer olduğunu, ancaq adamların bunu görmək istəmədiyini də bizə çatdırır. Şair demək istəyir özümüzdən yaxşı vəziyyətdə olanlara baxa-baxa naşükürə çevrilmişik, ona görə özümüzdən pis vəziyyətdə olanlara baxıb şükür eləməyi öyənməliyik.
Nizami “Leyli və Məcnun”x9dda yazır:
Bu dünyada açıq ürəkli insan,
Əgər yaxşılığı, xeyirliyi düşünsə,
Haman anda hər şeyi bəxt gözüylə görər.
Tikanı gül, quyunu təxt görər.
Həmişə yaxşılığı, xeyirliyi düşünən, hər şeyi bəxt gözüylə görən açıq ürəkli insan ”“ Nizami Gəncəvi bir qəzəlində yazır:
Günüm uğurludu, çünki sənin üzünü görmüşəm,
Bəxtim gətirib, çünki ətrini duymuşam.
Ey gözümün işığı, Allaha şükür eləyirəm ki,
Bu gün gözüm sənin camalına düşüb.
İki aləm dəyəri olan vüsal padzəhərinin (zəhərə qarşı dərman) qədrini
Mən bilirəm, çünki fəraqının zəhərini içmişəm.
Sənin camalını bir kərə görənlər
Səni seçib-sevdiyim üçün məni danlamazlar.
Ey dost, mən sənin məhəbbətini qəlbimdən necə çıxarım?
O məhəbbəti ki, onu canımla yanaşı bəsləmişəm.
Ey dost, elə ki vəslinin ətriylə canım şad oldu,
Əynimdəki qəm köynəyini parçalamışam.
Nizami ürək yanğısıyla bu sözləri deyir ki,
Günüm uğurludu, çünki sənin üzünü görmüşəm.
Böyük şair sonuncu poemasının sonunda ”“ ölüm ayağında olan İskəndərin vəsiyyətində yazır:
Səma sirlərinin qapısını açdım,
Həm aydan, həm də günəşdən xəbər verdim.
Dünyagörmüşlərə haqq qazandırdım,
Dünyanı yaradana şükür elədim,
Ömrümü qəflətlə başa vurmadım,
Onu ancaq ağıl və hünər yoluyla keçirdim,
Hər bir elmdən bir dəftər oxumuşam.
“İskəndərnamə”x9dnin “İqbalnamə”x9d hissəsindən olan bu misralarda Nizami elə öz iqbalını çatdırır. “İskəndərin vəsiyyəti”x9d elə Nizaminin öz vəsiyyətidi. Bu vəsiyyəti şair İskəndərin adından deyir, ancaq öz adından da deyə bilərdi. Çünki Nizaminin bunu deməyə haqqı çatır: səma sirlərinin qapısını açdım, dünyanı yaradana şükür elədim, ömrümü qəflətlə başa vurmadım. Nizami doğrudan da səma sirlərinin qapısını açıb, dünyanı yaradana şükür eləyib, ömrünü qəflətlə başa vurmayıb.
Azərbaycan ədəbiyyatında şükür mövzusuna ən çox fikir verən adam Nizami Gəncəvi olub. Azərbaycan ədəbiyyatının ən böyük adamı da Nizami Gəncəvidi. Ən böyük adamın şükürə ən çox fikir vermiş adam olmağı, şükürə ən çox fikir vermiş adamın ən böyük adam olmağı elə-belə deyil, bunun dərin mənası var, burda görk var, ibrət var. Yəqin ki, Nizaminin şükürünə onun böyüklüyünün nəticəsi kimi hamı baxar. Ancaq Nizaminin böyüklüyünə onun şükürünün nəticəsi kimi də baxmaq lazımdı. Tanrı deyib axı: “Şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam”x9d.