Şahzadə Diana haqqında çəkilən "Spenser" filminin çəkilişlərindən ilk foto yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə yazır ki, filmin rejissoru ABŞ-ın birinci xanımı haqda "Ceki" filmini çəkən Pablo Larrain olub. Əsas rol aktrisa Kristen Stüarta həvalə edilib.
KİV-in yazdığına görə, bu xəbər şahzadə Diananın bir çox pərəstişkarları məyus edib. Onlar Stüartın bu layihəyə uyğun olmadığını deyirlər.
Filmdəki hadisələr Krallığın Sandringham malikanəsində baş verəcək və 1990-cı illərin əvvəllərində Milad bayramı ərəfəsində Diananın həyatından yalnız üç gün lentə alınacaq.
Həmin vaxt şahzadə əri Çarlzdan boşanma haqqında qərar qəbul edib.
Bizim.Media