“Avropa İttifaqı (Aİ) Ukraynaya nüvə hücumuna qarşı qeyri-nüvə silahı ilə cavab verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna ərazisinə nüvə hücumu olacağı təqdirdə Aİ mütləq cavab verəcək:
“Biz bunu qeyri-nüvə silahlarından istifadə etməklə həyata keçirəcəyik. Aİ Rusiya ilə mümkün nüvə münaqişəsində Ukraynanın müdafiəsinə qalxmaq ideyasından imtina edib. Lakin Avropa belə bir hücum zamanı güclü qeyri-nüvə reaksiyasına zəmanət verir”.
Bizim.Media