Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşlər bağlı hər iki tərəfdən heç bir təşəbbüs yoxdur.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bildiyim qədər, nə Rusiya, nə də Amerika tərəfi yüksək səviyyədə ikitərəfli təmasların təşkili üçün heç bir təşəbbüs göstərməyib", - deyə Peskov jurnalistlərə G20 çərçivəsində iki liderin görüşünün mümkün olub-olmaması sualını cavablandırarkən deyib.
Bizim.Media