“Drujba” neft kəmərinin Polşadan keçən hissəsində sızıntı baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə kəmərinin Polşadan keçən hissəsinin operatoru PERN məlumat yayıb.
Bildirilib ki, ötən gün Plotskdan 70 kilometr məsafədə yerləşən “Drujba” boru kəmərinin iki xəttindən birində sızıntı baş verib. Lakin bunun səbəbi məlum deyil. Hadisə ilə əlaqədar boru xəttinin Almaniyaya neft nəql edən qolu bağlanıb.
Bizim.Media