Rusiya Silahlı Qüvvələri Ukraynanın Vinnitsa vilayətindəki Ladıjin İES-ə İran istehsalı olan “Shahed-136” dronları ilə hücum edib.
Bizim.Media UNN-a istinadən xəbər verir ki, bu barədə Vinnitsa administrasiyasının başçısı Serqey Borzov açıqlama verib.
“Stansiyanın fəaliyyəti dayanmayıb. Bu gün 2 ədəd “Shahed-136” dronu ilə hücum olunub, lakin İES-nin bütün bölmələri işləyir” – deyə Borzov qeyd edib.
Bizim.Media