ABŞ-da itlər 5 aylıq Hollis Din və 2 yaşlı Lilli Ceyni parçalayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Tennessi ştatında baş verib.
Belə ki, Bennard ailəsinin 8 ildir saxladıqları pitbull cinsindən olan iki it onların övladlarını öldürüb.
Körpələrin anası Kirsti Ceyn Bennard uşaqları xilas etməyə çalışarkən ağır yaralanıb.
Ailənin yaxınlarının verdiyi məlumata görə 8 il ərzində itlərdə hər hansı quduzluq əlamətləri müşahidə edilməyib.
Bizim.Media