Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfər etməməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.
Billdirilib ki, tövsiyələr regionda artan gərginliklə bağlıdır. Nazirlik vurğulayıb ki, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı “evakuasiya xeyli çətinləşə, hətta mümkünsüz ola bilər”.
Bizim.Media