Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna rəhbəri teleqram kanalında məlumat verib.
Zelenski qeyd edib ki, danışığın əsas mövzusu Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olub.
“ABŞ prezidenti Co Baydenlə məhsuldar söhbətimiz oldu. Əsasən hava hücumundan müdafiəni müzakirə etdik. İndi bu müdafiə əməkdaşlığımızda əsas prioritetdir”, - deyə Ukrayna rəhbəri bildirib.
Zelenski həmçinin qeyd edib ki, ABŞ rəhbərliyi G7 dövlətlərinin sərt mövqeyi və BMT Baş Assambleyasında Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaqını pisləyən qətnamənin dəstəklənməsi məsələsində Ukrayna üçün çox önəmlidir.
Bizim.Media