“Bu gün səhər Müdafiə Nazirliyinin təklifi ilə Ukraynanın energetika, hərbi komandanlıq və rabitə obyektlərinə böyük uzaqmənzilli dəqiq idarəolunan zərbə endirilib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.
“Ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, cavabımız sərt olacaq və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq" - deyə Putin qeyd edib.
Bizim.Media