Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə edəcəyi təqdirdə öz əli ilə intihar məktubunu yazacaq.
Bizim.Media xəbər verir ki, o, bu barədə CBS News-a müsahibəsində bildirib.
“Düşünürəm ki, biz bunu təkcə Putinə deyil, həm də Rusiya rəhbərliyinə, ruslara açıq şəkildə bildirməliyik: əgər Putin nüvə silahından istifadəyə icazə verərsə, o, intihar məktubunu yazacaq”, - Bolton deyib.
Bolton qeyd edib ki, Putin artıq “hədəf siyahısında”dır, çünki Rusiyada əsas qərar qəbuletmə mərkəzidir.
"Putin Rusiya silahlı qüvvələrinə komandanlıq edir. Bu baxımdan o, qanuni hərbi hədəfdir”, deyə o vurğulayıb.
Bizim.Media