Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub və şəhərin müxtəlif hissələrində partlayışlar qeydə alınıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, raketlərdən biri şəhərin Vladimirskaya küçəsinə düşüb.
Həmçinin, o da qeyd olunur ki, bu küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binası və Vladimir Zelenskinin ofisi yerləşir.
Bizim.Media