Bu gün, oktyabrın 10-da səhər saatlarında Kiyevdə güclü partlayış olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri hadisə şahidlərinə istinadən yayıb.
Paytaxt sakinlərinin sözlərinə görə, Kiyevdə üç partlayış baş verib. Hadisə şahidləri “raketlərin uçuşu” barədə xəbər veriblər və ərazilərdən birində güclü tüstünün olduğu videonu dərc ediblər.
Hadisə yerindən ilk fotolar artıq sosial şəbəkələrdə yer alıb.
Kiyev meri Vitali Kliçko Şevçenko rayonunda baş verən partlayışları təsdiqləyib.
“Bütün xidmətlər hadisə yerindədir. Təfərrüatlar sonra”, deyə o, Telegram-da bildirib.
Bizim.Media