Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Donetsk vilayətinin Liman və Svyatogorsk icmalarında yerləşən 40 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBK-Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən yayıb.
Reinteqrasiya Nazirliyinin məlumatına görə, Donetsk vilayətinin şimalında azad edilmiş yaşayış məntəqələrində artıq infrastrukturun bərpasına başlanılıb və orada da stabilləşdirmə tədbirləri həyata keçirilir.
Eyni zamanda dağılmış evlərin sahiblərinin axtarışı davam etdirilir. Krestişe və Mayaki kəndlərində elektrik enerjisinin verilişi bərpa edilir. Svyatoqorskda mobil rabitənin bərpası istiqamətində işlər aparılır.
Nazirlər Kabineti əlavə edir ki, hazırda Liman, Svyatoqorsk və Yarovaya kəndində pensiya ödənişləri artıq bərpa olunub.
Bizim.Media