Kanada İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kanada Baş nazirinin müavini və Maliyə Naziri Kristia Friland məlumat verib.
O, həmçinin bildirib ki, Kanada SEPAH-ın 10 mindən çox yüksək səviyyəli liderinin ölkəyə girişini qadağan edib.
Qeyd edək ki, nazirin çıxışı Kanada televiziyasında canlı yayımlanıb.
Bizim.Media