Ukrayna Prezidenti Volodimir Zelenski ilə BMT-nin Baş katibi Antoniu Quterreş arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Zaporojye AES-də yaranmış təhlükə müzakirə edilib, AES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin bildirilib ki, Zelenski Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.
Bizim.Media