“Ağ Ev Rusiya prezidenti Vladimir Putinin hərbi səfərbərliyindən sonra Rusiyadan qaçan kişilərə siyasi sığınacaq təklif edəcək”.
Bizim.Media “DailyMail.com”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama verib.
“Rusiya küçələrində etiraz aksiyaları, isanların petisiya imzaladığını görürük və düşünürəm ki, onların bizə göndərdiyi mesaj çox aydındır ki, Putinin başladığı bu müharibə... qeyri-populyardır.
Rusiyada Putinin müharibəsində vuruşmaq və ya onun uğrunda ölmək istəməyən insanlar var” – deyə Jan-Pyer qeyd edib.
“Biz inanırıq ki, milliyyətindən asılı olmayaraq, onlar ABŞ-da sığınacaq üçün müraciət edə bilərlər və hər bir halda vəziyyətə görə qərar veriləcək. Biz sığınacaq istəyən hər kəsi xoş qarşılayacağıq” –deyə Ağ Ev mətbuat katibi deyib.
Bizim.Media