ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsinə vasitəçilik etdiyi üçün Türkiyəyə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.
“Türkiyə hökumətinə taxıl sazişinin həyata keçirilməsinə həlledici töhfəsinə, habelə Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinə vasitəçilik etdiyinə görə minnətdarlığımı bildirirəm”, - deyə Sallivan bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Rusiya ilə Ukrayna arasında 200 hərbi əsirin dəyişdiriləcəyini açıqlamışdı.
Bizim.Media