“Ermənistanda Nensi Pelosi erməni xalqının əsas qəhrəmanına çevrilib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının eks-deputatı, politoloq Sergey Markov Teleqram kanalında yazıb.
"1. O, erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən göz yaşlarına boğuldu.
2. Bütün İrəvan ABŞ bayraqları ilə bəzənib
3. Bu gün İrəvanda Ermənistanın KTMT-dən və Rusiya ilə birlikdən çıxması üçün mitinq keçirilib.
4. ABŞ Ermənistanla Azərbaycan arasındakı münaqişədə açıq şəkildə ermənipərəst mövqe tutub.
5. Ermənistan hakimiyyəti Pelosini sevindirmək üçün şəhərin mərkəzindəki reklam lövhələrindən Rusiya prezidenti Putinin portretlərini yığışdırıb.
6. Ermənistan rəhbərliyinin mövqeyi Rusiyanın kürəyinə vurulan zərbədir. Bu, əsrlər boyu erməni xalqını xilas edən Rusiyaya xəyanətdir” deyə o, qeyd edib.
Bizim.Media