ABŞ Ermənistanın KTMT-yə üzvlüyü və onun Təşkilatdan çıxma ehtimalını şərh etmir, qərarları İrəvan qəbul etməlidir.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi səsləndirib.
“Biz Ermənistanın digər təşkilatlarla təmaslarını şərh etmirik, lakin Ermənistanın təhlükəsizlik məsələləri bizim üçün önəmlidir. Qərarları Ermənistan verir. Biz yalnız yardım etməyə hazır olduğumuz barədə danışa bilərik”, - deyə N.Pelosi İrəvanda keçirdiyi mətbuat konfransında rəsmi İrəvanın KTMT-nin Azərbaycanla münaqişəyə reaksiyasından və Ermənistanın Təşkilatdan çıxma ehtimalından narazılığı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Biz təhlükəsizlik məsələlərində bizdən nə gözlənildiyini anlamaq üçün buradayıq” deyə o, qeyd edib.
Bizim.Media