“KTMT-dən çıxmağa çağıran, Qərbdən kömək götürməyi təklif edən insanların yaddaşı niyə xarab olub? Əfqanıstanı və ya Gürcüstanı unutmusunuz (birinci halda Amerika sadəcə qaçdı, ikincidə heç bir şəkildə kömək etmədi)”.
Bizim.Media xəbər verir ki, bu fikirlər ermənilərə məxsus “Beynəlxalq Məlumat Qrupu” Telegram kanalında yer alıb.
“Yaxud Ukrayna ssenarisi sizi qane edir? Yoxsa NATO üzvü olan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı müharibədə bizə kömək edəcəyini düşünürsünüz?
Ermənistan iqtisadiyyatı əsasən Rusiya ilə idxal/ixrac üzərində işləyir. KTMT-dən çıxmaq Rusiya ilə münasibətlərin kəskin pisləşməsi deməkdir. Rusiya ilə münasibətlərin pisləşməsi isə Ermənistan iqtisadiyyatını çökdürmək təhlükəsi yaradır”, deyə mənbə qeyd edib.
Bizim.Media