Qırğızıstanın Tacikistan tərəfi ilə toqquşmanın baş verdiyi sərhəd zonası Batken vilayətində fövqəladə vəziyyət elan edilib.
Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Həmçinin Qırğızıstan sərhəd xidməti Tacikistan tərəfini sərhədyanı kəndləri minaatanlardan atəşə tutmaqda ittiham edib.
Qeyd edək ki, sentyabrın 14-də iki dövlətin sərhədində vəziyyət gərginləşib. Son məlumatlara görə, Qırğızıstan tərəfində 24 ölü və 103 yaralı var. 136 minə yaxın Qırğızıstan vətəndaşı təhlükəsiz yerlərə təxliyə edilib.
Bizim.Media